Eldəniz Quliyev özünü və Əli Kərimlininecə “zibilə” saldı? SÖZ ATIŞMASI

Eldəniz Quliyev özünü və Əli Kərimlininecə “zibilə” saldı? SÖZ ATIŞMASI

“Milli Şura”nın funksioneri yazdığı statusuna görə hədəfə çevrildi

“Milli Şura”nın koordinasiya mərkəzinin üzvü, kinodramaturq Eldəniz Quliyev Müsavat və “REAL” partiyalarını hədəf alıb. Belə ki, onun “Facebook” profilində paylaşdığı status – daha dəqiqi isə qəsdən ilişmə cəhdi siyasi qurumlar qarasında kəskin qalmaqal və qarşıdurma yaradıb. SİA-nın əldə etdiyi məlumata görə, E.Quliyev yazıb: “Nə vaxtsa REAL adlı bir qurum var idi. İndi yoxdur! Və nə vaxtsa Müsavat adlı möhtəşəm bir partiya da var idi. İndi o da yoxdur! Deyirlər, diriyə də rəhmət düşür. Belədirsə, Allah rəhmət eləsin!”.

Gülağa Aslanlının Eldəniz Quliyevə cavabı: “Allah özünü diri ikən ölülüyə, gözləri görə-görə korluğa vuranlara şəfa versin”

Məhz bu statusdan sonar ilk reaksiyanı Müsavat partiyası verib. Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı dramaturqun statusuna bu rəyi yazıb və qarşı tərəfi kor adlandırıb. “Allah özünü diri ikən ölülüyə, gözləri görə-görə korluğa vuranlara şəfa versin”, deyə Aslanlı E.Quliyevin təhqirinə təhqirlə cavab verib.

Digər müsavatçı funksioner - Valeh Hümbətoğlu isə işarə edib ki, E. Quliyev həmin statusu heç də özbaşına yazmayıb və bu, əslində “Milli Şura”nın pərdəarxası sədri Əli Kərimlinin sifarişinnin həyata keçirilməsidir. Daha dəqiq desək, Müsavat və “REAL” a növbəti hücumudur. “Eldəniz Quliyev, siz Əli bəydən möhkəm yapışın, onun bir dediyini iki etməyin. Birdən Milli Şuradan gedər, havada çətirsiz qalarsınız”, müsavatçı funksioner yazıb.

“REAL”ın isə cavabı daha sərt olub: “Özünə, etdiyi əməllərə, keçmişinə baxsın, özü haqqında formalaşan fikirlərini görsün...”

“REAL” partiyasının icraçı katibi Natiq Cəfərli də öz növbəsində E.Quliyevi “yıxıb-sürüyüb”. Lakin buna qədər ehtimal edib ki, partiyadaşı Erkin Qədirlinin parlamentə düşməsi “Milli Şura”da, əsasən də Ə.Kərimlinin özündə və onun dirijor çubuğu altında rəqs edən E.Quliyevdə, eləcə də digərlərində qıcıq oyadıb. Əbəs deyil ki, N.Cəfərli E.Quliyevi tərbiyəsiz adlandırıb: “O, ilk dəfə deyil ki, belə tərbiyəsiz, aşağılayıcı cümlələr işlədir. Ona cavab verməyin özü onu hörmətə mindirməkdir. Ən azından özünə, etdiyi əməllərə, keçmişinə baxsın, özü haqqında formalaşan fikirlərini görsün, özü-özlüyündə bir nəticə çıxarıb başqalarına çamur atmaqdansa, üzərində olan qara ləkələri təmizləməsi üçün addımlar atsa, daha yaxşı olar”.

Natiq Cəfərli: “Tərbiyəsiz balaca uşaq kimi özünü aparması elə də yaxşı hal deyil”

“REAL” təmsillçisi E.Quliyevin qarablıq keçmişinin də olduğunu xatırladıb. Çox yəqin ki, o E.Quliyevin vaxtilə hazırda Ermənistanda oturub, Azərbaycana qarşı xainlik edən Əlikram Hümbətovun “rəhbəri” olduğu separatçı “TMR”in elan olunması zamanı həmin “qurultayda” iştirak edərək, Azərbaycan dövlətinin əleyhinə separatçı çıxış etməsi məsələsinə eyham vurub və bildirib ki, kimləri isə ittiham edərkən, qaranlıq keçmişini unutmasın: “Onun çox qaranlıq keçmişi, müxtəlif qaranlıq əlaqələrinin olması heç kimə sirr deyil. Real işlərlə məşğul olan siyasi təşkilatlara söz atmaqdansa, boşboğazlıq etməkdənsə, əməli işlər görsə, bu işlərlə cəmiyyətin gündəminə gəlsə, daha yaxşı olar. Ağsaqqal kişidir, özünü mədəni aparmaqdansa, ümumi siyasi kursa bir mədəni yön verməkdənsə, tərbiyəsiz balaca uşaq kimi özünü aparması elə də yaxşı hal deyil”.

Görünən isə budur ki, belə partiyalararası münaqişələr əslində müxalifət düşərgəsinin daha fəaliyyətsiz arenaya çevrilməsinə şərait yaradır. Daha doğrusu, əgər hər hansı müxalifət partiyası az-çox siyasi uğur əldə edirsə, digərləri isə bunu həzm etmirsə, hətta radikal yanaşmalar olursa, bu faktın özü ənənəvi düşərgənin siyasi ölümünü sürətləndirir. Xüsusilə, Ə.Kərimlinin nəzarətində olan qurumların sonu daha da yaxınlaşır ki, biz bunu E.Quliyevin timsalında da görürük. Necə deyərlər, siyasi cəhətdən məğlub edə bilmədikləri digər müxalifət partiyalarını boş-boş ittihamlarla pisləmək cəhdləri onlara uğursuzluqdan başqa heç nə vermir. Həqiqətə qalanda isə, E.Quliyev Ə.Kərimlinin növbəti sifarişini həyata keçirməklə, əslində həm özünü, həm də AXCP sədrini “zibilə” salıb...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə