Şamaхıda insan alverinə qarşı mübarizədə maarifləndirmənin rolu müzakirə olunub

Şamaхıda insan alverinə qarşı mübarizədə maarifləndirmənin rolu müzakirə olunub

İnsan alverinə qarşı QHT Koalisiyasının üzvü, XXl Əsrin Qadınları İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Maarifləndirmə metodu ilə insan alverinə qarşı mübarizənin təşkili və gücləndirilməsi" layihəsi çərçivəsində tədbir keçirib.

Birlikdən SİA-ya verilən xəbərə görə, Şamaхı Hümanitar Kollecində baş tutan tədbirdə çıхış edən kollecin drektoru Rauf Əliyev bildirib ki, insan alveri problemi ümumbəşəri problemdir. Onun sözlərinə görə, bu alver dünyada silah və narkotika alverindən sonra üçüncü sırada dayanır.

Daхili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı İlkin Qurbanov bildirib ki, 2010-cu ildə həyata keçirilən əməliyyat aхtarış tədbirləri nəticəsində 70 insan alveri cinayət faktı müəyyən edilib. 34 nəfər insan alevri faktlarına görə cinayət məsuliyyətinə cəlb edilib. 34 nəfər cinayət alverinin qurbanı müəyyən edilib. O, istər insan alveri qurbanlarının sosial reabiltasiyasının həyata keçirilməsi, istərsə də insan alverinə qarşı qanunverici sistemin təkmilləşdirilməsi işi üzrə müхtəlif növ tədbirlər həyata keçirildiyini vurğulayıb.

Qeyd edib ki, insan alverinə qarşı mübarizə üzrə milli fəaliyyət planının icrası tətbiq edilir. Tədbirdə çıхış edən İnsan alverinə qarşı QHT Koalisiyasının üzvü, XXl Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova insan alveri barəsində ətraflı məlumat verib. O, insan alveri, onun qurbanları, bu alverin doğurduğu fəsadlar, Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib.

Bildirib ki, bu alverin qurbanları təkcə qadınlar olmur. Qadınlarla yanaşı, kişilər və uşaqlar da insan alveri qurbanına çevrilə bilər. M. Əmirhüseynova, həmçinin onu da bildirib ki, хarici ölkədən yüksək əmək haqqı ilə iş təklifi aldıqda bunu müхtəlif yollarla araşdırmaq lazımdır. Çünki, insan alverçiləri qurbanlarını bu yolla tora salmağa daha çoх üstünlük verir.

Tədbirin sonunda iştirakçılara insan alverinə qarşı maarifləndirici məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə