Ombudsman Aparatının əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Ombudsman Aparatının əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Bu günlərdə Estoniya Respublikasının paytaxtı Tallin şəhərində "Himayədə olan uşaqların hüquqlarının müdafiəsi və təşviq edilməsində Milli İnsan Hüquqları Təsisatlarının rolu" mövzusunda üçüncü tematik seminar keçirilib.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, bu beynəlxalq tədbir Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş Direktorluğu və Estoniyanın Ədliyyə Kansleri (Ombudsman) tərəfindən 2010-2012-ci illər üzrə "Peer-to-Peer II Layihəsi" çərçivəsində təşkil edilib.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Nigar Şəbiyeva və Fərqanə Məmmədxanova seminarda iştirak ediblər.


Tədbirin əsas məqsədi himayədə olan uşaqların müdafiəsində və təşviq edilməsində Milli İnsan Hüquqları Təsisatlarının və uşaq hüquqları üzrə ekspertlərin fikir və təcrübə mübadiləsi aparması olub.


Seminarda aparılmış müzakirələr zamanı təsisatda uşaq hüquqlarının müdafiəsi üzrə 916 saylı qaynar xəttin yaradılması, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin fəaliyyəti haqqında da ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə