Siyasi partiyaların informasiya resursları - fəaliyyət hansı istiqamətədir? ANALİTİKA

Siyasi partiyaların informasiya resursları - fəaliyyət hansı istiqamətədir? ANALİTİKA

Siyasi partiya davamlı struktura malik olan, daimi siyasi fəaliyyət göstərən, üzvlərinin siyasi iradəsini təmsil edən, dövlətin siyasi kursunun müəyyənləşməsini və onu həyata keçirən orqanların işində iştirak edilməsini əsas vəzifə hesab edən müstəqil ictimai birlikdir. Lakin gəlin görək, ölkəmizdə fəaliyyət göstərən partiyaların hamısımı davamlı struktur və daimi normal siyasət aparmaq iqtidarındadırlar?

Çünki o da sirr deyil ki, çağdaş zaman kəsimində müasir informasiya texnologiyalarının sürətli inkişafı vətəndaş cəmiyyəti institutlarının informasiya əldə etmək və yaymaq imkanlarını əsaslı şəkildə genişləndirib və demək olar ki, dünyada və ölkədə baş verən bütün hadsələrə partiyaların özünəməxsus yanaşma tərzi olur. Ancaq təəssüf ki, bir sıra yanaşmalarda məsələlər ya şəxsiləşdirlir, ya da qərəzli münasibətlər sərgilənir. Xüsusilə radikalçılıq təzahürləri gözünür...

Azərbaycan Respublikasında 55 siyasi partiya dövlət qeydiyyatına alınsa da, onların böyük qismi fəaliyyətsizdir

Buna baxmayaraq, ayrı-ayrı ölkələrin də təcrübəsi göstərir ki, siyasi partiyalar ənənəvi medianın imkanlarından yararlanmaqla yanaşı, artıq sosial şəbəkələrin təqdim etdiyi xidmətləri informasiya-təbliğat və əks-təbliğat fəaliyyətinin həyata keçirilməsində prioritet istiqamət kimi müəyyənləşdirirlər.

Başqa tərəfdən, statistik rəqəmlərə müraciət edərsək, görərik ki, Azərbaycan Respublikasında 55 siyasi partiya dövlət qeydiyyatına alınsa da, onların böyük qismi fəaliyyətsizdir və ya məhdud şəkildə fəaliyyət göstərir ki, bu da həmin təşkilatların informasiya resurslarına çıxışında bilavasitə özünü büruzə verir.

Monitorinq nəticəsində müəyyən olunub ki, siyasi partiyalardan yalnız üçü - YAP, ADP və BAXCP mətbuat orqanına malik olmaqla yanaşı, 11 siyasi partiyanın internet saytı, 21-nin Facebook səhifəsi, 10-nun Youtube kanalı vardır.

Müxalifətin radikal qanadı – trol şəbəkəsi, reket media və s...

AXCP işini əsasən Facebook sosial şəbəkəsində qurmuş, partiya funksionerlərinin hər birinin öz səhifəsi var. Partiya sədri Əli Kərimli gündəlik qaydada statuslar yazır, paylaşımlar edir, bir neçə populyar Youtube kanalı ilə işləyir və müsahibələr verir. Partiyanın regional təşkilatlar da cəlb olunmaqla yaradılmış trol şəbəkəsi Ə.Kərimlinin statuslarının paylaşılması, opponentlərə və hakimiyyətə qarşı “qara piar” kampaniyası aparılması üçün istifadə olunur. Ümumiyyətlə, cəbhəçilərin sədrinin fəaliyyəti bilavasitə qərəzə, şərə, yalana, böhtana və əsasən də xaricdən aldığı sifarişlərə söykənib ki, bu da Azərbaycanı dövlətinin maraqları əleyhinə olan faktdır. Partiyadan istefa verənlərin əksər çoxluğu məhz Kərimlinin şəxsi mənfəətləri naminə sıravilərdən istifadə etdiyini bildirir, AXCP-nin siyasi partiyadan daha çox manipulyasiya və sdiyasi dələduzluqla məşğul olduğunu bəyan edirlər.

Müsavat partiyası da sosial şəbəkələrdə müvafiq iş qurmuş, lakin təsirlik dərəcəsinə görə AXCP ilə müqayisədə zəif təsir bağışlayır. Partiyanın saytı olsa da, heç bir ictimai maraq doğurmamaqla yanaşı, sadəcə görüntü xarakteri bağışlayır. Onu da nəzərə alarsaq ki, hazırda Arif Hacılının başqanı olduğu Müsavat daxilində kəskin çəkişmələr baş verir və istefalar baş alır, bu zaman həmin siyasi təşkilatın da hansı səviyyədə qaldığını, yəni inkişafsızlığını görə bilərik.

ADP daha çox təsir dairəsindsə olan saytlardan istifadə edir. Onu da qeyd edək ki, bu saytlar əsasən ayrı-ayrı məmurlar haqqında neqativ materiallar verir və üslublarına görə “reket-media” təəssüratı bağışlayırlar.

Dövlət qeydiyyatı olmayan “REAL” hərəkatı da sosial şəbəkələrdə kifayət qədər fəaldır, partiya sədri İlqar Məmmədovun və funksionerlərin çoxsaylı izləyiciləri olan FB səhifələri mövcuddur.

YAP xalqın iradəsinin dəstəyini alır, alternativ AXCP, AMİP, DİP, KAXCP, AVP, MHP-nin isə nisbi fəaliyyəti görünür

BAXCP və VHP-nin öz media şəbəkəsi vardır, aparıcı resurslara çıxış imkanlarına malikdirlər, “Ümid” partiyası isə bir sıra az nüfuzu olan saytlarla əməkdaşlıq əlaqələri qurub. Dövlət qeydiyyatı olmayan, Razi Nurullayevin rəhbərlik etdiyi və Ə.Kərimlinin sədri olduğu AXCP-yə alternativ yaradılmış AXCP də həm mətbuat orqanına və sayta malikdir, həm də sosial şəbəkələrdə fəal iş aparır.

AMİP, DİP, KXCP, AVP, MDHP informasiya sahəsində nisbi fəallıq göstərirlər. Digər siyasi partiyalar informasiya-təbliğat və əks-təbliğat fəaliyyətini zəif qurmuşlar və ya ümumiyyətlə bu istiqamətdə heç bir iş görmürlər.

Ancaq digər statistik və əsaslı məlumatları müqayisə edərsək, görərik ki, YAP siyasi partiyalar arasında yalnız hakim partiya funksiyasını həyata keçirmir, eləcə də ümummilli məsələlərdə, həmçinin bir sıra təşəbbüslərdə liderllik edir. O cümlədən, dövlətin maraqlarının müdafiəçisi olmaqla yanaşı, eyni zamanda xalqın dəstəyini birmənalı olaraq alır. Xüsusilə, seçkilərdə və s. ictmai-siyasi olaylarda YAP xalqın iradəsinin dəstəyini alır. Bu isə bir daha sübut edir ki, hakim partiya bilavasitə informasiya və s. resurslarını xalqın, dövlətin yolunda istifadə edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə