Aprelin 11-də nazir Elmar Məmmədyarov Ukraynanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonu qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən A.Mişenko ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan - Ukrayna əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini vurğulayıb.
Nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə ukraynalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB