2010 – 2011-ci tədris ilində TİMS proqramına bir sıra əlavələr və dəyişikliklər edilib.
Belə ki, TİMS proqramı daxilində yer alan kadrlar səhifəsində ayrı – ayrı məktəblərdə fəaliyyət göstərən hər bir kadrın "Elektron şəxsi iş"i hazırlanıb. SİA-nın xəbərinə görə, həmin "Elektron şəxsi iş"lərdə əsasən kadrların pedaqoji işə başlama tarixi, əmək fəaliyyəti, pedaqoji stajı, işə qəbul olunma haqqında əmr öz əksini tapıb.
Bununla yanaşı şəxsiyyəti təsdiq edən sənəd, yaşayış ünvanları, kadrların təhsili, tədris etdiyi fənlər və saatların miqdarı, ailə vəziyyəti haqqında məlumatlar da toplanılaraq gələcəkdə həmin "Elektron şəxsi iş"lərdə əksini tapacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB