"Azərbaycan dövləti öz vətəndaşını qoruyur" AÇIQLAMA-ÖZƏL

"Azərbaycan dövləti öz vətəndaşını qoruyur" AÇIQLAMA-ÖZƏL
"Ölkədə xüsusi rejimin tətbiq olunması vəziyyətin ağır olması anlamına gəlmir. Dövlət çalışır ki, durum başqa ölkələrdəki vəziyyətə gəlib çıxmasın. ÜST-ün tövsiyələri və təcrübələri var". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, biz görürük ki, bəzi ölkələrdə vəziyyətə riayyət etmədikləri üçün pandemiya halını alıb:" Ölkəmiz və hökumətimiz bu işdə problemdən bir addım öndə olmaq və hadisələri qabaqlamaq strategiyasını tətbiq edir". Politoloq qeyd edib ki, Azərbaycanda daxildə, yerli bir-birinə yoluxma halı yoxdur: " Dövlətimiz və aidiyyatı orqanlar virusu lokallaşdıra biliblər. Növbəti mərhələdə daxildə yoluxma hallarının qarşısının alınması vəziyyətidir. Azərbaycan öz vətəndaşlarının qorunmağı üçün bu addımları atır".
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə