"Əminəm ki, deputatlar seçicilərlə sıx təmasda olacaqlar" ÖZƏL-MÜNASİBƏT

"Əminəm ki, deputatlar seçicilərlə sıx təmasda olacaqlar" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Milli Məclisin yeni tərkibdə ilk iclasındakı çıxışı fikirləşirəm ki, Milli Məclis üzvləri üçün proqramxarakterli bir çıxış oldu. Çünki ölkə başçısı həmin çıxışında bir neçə fərqli məqamlara toxundu". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

"Fikirləşirəm ki, Milli Məclisin hər bir deputatı bu fürsətdən istifadə edərək cənab Prezidentin onlar qarşısında qoyduğu bu tarixi çıxışından özləri üçün nəticə çıxaracaqlar gələcək fəaliyyətlərində bu çıxışın əsas tezislərini rəhbər tutacaqlar. Biz bilirik ki, Milli Məclisin deputatları əlbəttə ki, sərbəst fəaliyyət göstərirdilər. Amma dövlət başçımızın çıxışı məhz yeni tərkibdə formalaşmış parlamentin üzləri üçün fikirləşirəm ki, həm də strateji yol xəritəsindən biri olacaq. Ölkə başçımız xüsusilə Milli Məclisin üzvlərini ölkədə həyata keçirilən islahatlara dəstək olmağa çağırdı. Ümid edirəm ki, hər bir deputat mütləq şəkildə bu çağırışların fərqində olacaq. Prezidentin çıxışı bütün parametrləri ilə tarixi bir çıxış idi, eyni zamanda həm də proqramxarakterli bir çıxış idi. Fikirləşirəm ki, parlamentin üzləri növbəti 5 il üçün məhz Prezidentin tezislərini rəhbər tutacaqlar. Əminəm ki, deputatlar seçicilərlə sıx təmasda olacaqlar. Deputatlarımıza tövsiyyə edirik ki, onlar daha fəal olsunlar, seçiciləri narahat edən problemlərin icrası ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə işləsinlər”-deyə, İ.Orucov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə