"İranı birinci tərk etmək istəyənlər məhz ermənilərdir" ÖZƏL-MÖVQE
"İranda ermənilər üçün bu qədər şərait yaradıblar, ancaq bu ölkəni birinci tərk etmək istəyənlər məhz ermənilərdir". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Ermənistanın Disapor Komitəsinə İranda yaşayan ermənilərdən müraciətlər daxil olur: "Bu haqda hətta Ermənistan parlamentinin müvafiq komitəsində müzakirələr olub. Bir qrup İran ermənisi onları Ermənistan vətəndaşlığına qəbul etmələrini istəyirlər. İran erməniləri ölkədə koronavirusun geniş yayılmasından qorxuya düşüblər, canlarını qurtarmaq istəyirlər. İrəvanda İran ermənilərinin müraciətləri ilə bağlı hələ qərar verməyiblər. Qorxurlar ki, bir qrupun Ermənistana gəlişlərinə icazə versələr, qonşu ölkədən axın çoxala bilər.
İranla sərhəddi birinci bağlayan da Ermənistan olmuşdu. Vaxt var idi, Ermənistan liderləri “İranla sərhəd açıq olmasaydı, Tehrandan dəstək görməsəydik, Ermənistan çökə bilərdi” deyirdilər. İndi isə xilaskar adlandırdıqları dövlətdən mümkün qədər uzaq dayanmağa çalışırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB