Erməni millət vəkili: “Belə bir komanda ilə Ermənistanın müvəffəqiyyətə çatması mümkün deyil”
Serj Sarkisyanın Ermənistan prezidenti olduğu 3 ildə hər hansı bir irəliləyiş qeydə alınmayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan Daşnaksütyun Partiyasının parlament fraksiyasının rəhbəri Vahən Hovhannisyan deyib.
V.Hovhannisyan xarici siyasətdə də hissolunacaq dərəcədə geriləmə olduğunu bildirib. O, qeyd edib ki, iqtisadi baxımdan geriləməyə görə dövlət başçısı hökumətlə ultimatum və əmr dili ilə danışmalı idi: "Bəlkə də 3 il əvvəl belə davransaydı, nəticələri tamamilə fərqli olardı. Belə bir komanda ilə Ermənistan iqtidarının müvəffəqiyyətə çatması mümkün deyil".
Ermənistan-Türkiyə əlaqələrinə də toxunan Hovhannisyan qeyd edib ki, Serj Sarkisyanın Ankaranın düzgün olmayan mövqeyini görməklə yanaşı protokollardan imzasını geri çəkməməsindən təəssüflənir: "Qorxuram, Ermənistan rəhbərliyi protokolların təsdiqlənməsini düşünür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB