QHT-lərə Dövlət Dəstəyi Şurası təlimlərə başlayır

QHT-lərə Dövlət Dəstəyi Şurası təlimlərə başlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması üçün layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında təlimlərə başlayır.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ayrı-ayrılıqda müxtəlif istiqamətləri əhatə edən təlimlər gün ərzində Şuranın ofisində iki növbədə, aşağıdakı ardıcıllıqla keçiləcək.

1. Səhiyyə məsələləri və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər – 13 aprel 2011-ci il.

2. Sosial məsələlərə dair təşəbbüslər - 15 aprel 2011-ci il.

3. Təhsil məsələlərinə dair təşəbbüslər – 19 aprel 2011-ci il.

4. Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində təşəbbüslər – 21 aprel 2011-ci il.

5. Sosial məsələlərə dair təşəbbüslər – 22 aprel 2011-ci il.

6. Mədəniyyətə dair təşəbbüslər, insan hüquqları və demokratiya – 25 aprel 2011-ci il.

7. Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi – təlimlər müxtəlif tarixlərdə Quba, Şirvan, Qəbələ, Gəncə, Mingəçevir şəhərlərində keçiriləcəkdir.

Layihə rəhbərləri və mühasibləri təlimlərə Şura Katibliyinin əməkdaşları tərəfindən qrafik üzrə dəvət olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə