Mübariz Qurbanlı: “Avropa İttifaqının Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı mövqeyi obyektivlikdən uzaqdır”
"Avropa İttifaqının Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı son bəyanatı faktlara söykənmir. Hesab edirəm ki, Avropa İttifaqının mövqeyi obyektivlikdən uzaqdır, faktlara istinad etmir". SİA-nın məlumatına görə, bu sözləri YAP-ın (YAP) rəsmi saytına açıqlamasında partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, 2 aprel tarixində bəzi müxalifət partiyaları Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdə mitinq keçirməkdən imtina edərək qanunsuz hərəkətlərə yol verib. Onun sözlərinə görə, Avropa ölkələrinin özündə də bu cür hərəkətlərin qarşısı dövlət orqanları tərəfindən alınır. Millət vəkili bildirib ki, buna görə də bu cür bəyanat səsləndirmək reallıqdan tamamilə uzaqdır .
"Bəyanatda bildirlir ki, aksiya zamanı kütləvi informasiya vasitələri nümayəndələrinə təzyiqlər edilib, onlar saxlanılıb. Əslində, belə deyil. Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub. Ola bilsin ki, özü jurnalist olub, amma siyasi partiya üzvü kimi bu qanunsuz aksiyada iştirak edib. Belələrinin isə digər aksiya iştirakçılarından heç bir fərqi yoxdur. Bilirsiniz ki, bu hadisələr zamanı jurnalistlərə bütün imkanlar yaradılmışdı, KİV nümayəndələri xüsusi geyimlərdə idi. Onlar sərbəst şəkildə hadisələri işıqlandırdılar" deyə M.Qurbanlı vurğulayıb.
YAP icra katibinin müavini qeyd edib ki, bu gün ictimai-siyasi sabitlik Azərbaycan vətəndaşları üçün, bütövlükdə xalqımız üçün önəmlidir: "Ölkəmiz Ermənistan tərəfindən təcavüzə məruz qalıb, bizim qarşımızda duran ən mühüm vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Belə bir şəraitdə Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin pozulması birbaşa təcavüzkar Ermənistana xeyir gətirən məsələdir. Ona görə də, Azərbaycan xalqı sabitliyin pozulmasına yönələn bütün cəhdlərin əleyhinədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB