Koronavorusu hakimiyyət yayır ANDRANİK

Koronavorusu hakimiyyət yayır ANDRANİK

“Bu hakimiyyət öz referendumu ilə koronavirusun yayılması üçün ən böyük mənbə oldu”. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Politekonomiya” araşdırmalar institunun direktoru Andanik Tevanyan “Rusiya-Türkiyə münasibətlərinin hazırkı mərhələsi və “Artsaxa” (dırnaqlar bizimdir-red.) təsiri mövzusu ilə bağlı müzakirələrdə deyib.

Onun sözlərinə görə, bütün dünyada kütləvi tədbirlərə qadağa qoyulur, ancaq Ermənistan hakimiyyəti təbliğatı naminə insanları bir araya toplayır və koronavirusun yayılmasına səbəb olur.

“İqtisadiyyat və başqa çağırışları rədd edən Ermənistan hakimiyyəti 7 nəfərin işdən çıxarılması və onların yerinə 7 nəfərin təyin olunması ilə bağlı ucuz siyasi problemlərlə məşğuldur”, deyə Andranik Tevanyan Konstitusiya məhkəməsinin hakimlərinin işdən çıxarılaraq, Nikol Paşinyanın adamlarının onların yerinə təyin olunması oyununa eyham vurub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə