Millət vəkili: “Xaricdən ölkə daxilinə edilən müdaxilələrə baxmayaraq gənclər dövlət tərəfindən aparılan siyasətin tərəfdarıdırlar”

Millət vəkili: “Xaricdən ölkə daxilinə edilən müdaxilələrə baxmayaraq gənclər dövlət tərəfindən aparılan siyasətin tərəfdarıdırlar”

Bu gün dünyada gedən qloballaşma göstərir ki, hələ də dünyanın bir sıra super gücə malik olan dövlətləri, həmçinin ayrı-ayrı beynəlxalq təşkilatlar xüsusilə kiçik və yeni müstəqillik qazanan dövlətlərə təhdid xarakterli müxtəlif təhlükələr yaradırlar. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. O, qeyd edib ki, hazırda radikal müxalifət nümayəndələrinin nümayişlərinə baxmayaraq bu günki Azərbaycan gəncliyinin qarşısında gedən lokomativ gənclər Heydər Əliyev siyasətinə və bu gün o siyasəti uğurla davam etdirən prezident İlham Əliyevin ətrafında sıx birləşib onun siyasətini dəstəkləyirlər: "Savadlı, proqressiv, aydın fikirli gənclər bütün bu qara qüvvələrə yox deyir. Möhtərəm prezidentimizin dövlətimiz üçün irəli sürdüyü daxili və xarici siyasətin içərisində gənclərə verilən xüsusi önəmi hamı görür. Bu gün Azərbaycanın siyasi, iqtisadi sahəsində gənclərin fəallığı bütünlüklə hiss olunur".

 

Millət vəkili vurğulayıb ki, xaricdən ölkə daxilinə edilən müdaxilələrə baxmayaraq gənclər dövlət tərəfindən aparılan siyasətin tərəfdarıdırlar: "Bu gün Azərbaycanda olan gənclər anlayırlar ki, prezident İlham Əliyev hansı siyasəti, hansı proqramı həyata keçirirsə, keçirsin, bütün bu siyasət sabahımız olan və gələcəkdə dövlətimizin idarəsində iştirak edəcək gənclərimizin həyatı, firavanlığı, işi, təhsili və gələcəyi ilə bağlıdır. Hesab edirəm ki, nə qədər təhlükələr və təhdidlər olsa da bu günki gənclik Azərbaycanın müstəqilliyinin qoruyucularıdır və dövlət tərəfindən aparılan siyasətin tərəfdarıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə