Müasir standartlara cavab verən çörək istehsalı avadanlıqlarının təqdimatı keçirilib-TƏDBİR
Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı və Çexiyanın "Dvorak-engineering" şirkətinin nümayəndələrinin iştirakı ilə müasir standartlara cavab verən çörək istehsalı avadanlıqlarının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritet sahəsidir. O vurğulayıb ki, ölkədə aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənib və iqtisadiyyatda özəl bölmənin rolu daha da artıb. Onun sözlərinə görə, bu sahədə müasir avadanlıqların tətbiq edilməsində məqsəd yüksək keyfiyyətli məhsulların hazırlanmasına dəstək verməkdir.
Tədbirin davamında çıxış edən "Dvorak-engineering" şirkətinin rəhbəri Yaroslav Dvorak isə öz növbəsində şirkətin müasir texnologiyaların tətbiqinə əsaslanan çörək və un məmulatları istehsal edən avadanlıqlar, onların əsas texniki-iqtisadi göstəriciləri haqqında sahibkarlara ətraflı məlumat verib. O bildirib ki, 20 il bundan əvvəl qurulan şirkət artıq 100-ə qədər çörək zavodlarını öz ətrafında toplaya bilib. Şirkət direktorunun sözlərinə görə, yeni və müasir texnologiyaların tətbiqi yaxın gələcəkdə Azərbaycanda da həyata keçiriləcək.
Daha sonra Çexiya şirkətinin nümayəndəsi bu barədə ətraflı məlumat verib.
Tədbirin davamında çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin sözlərinə görə, prezident İlham Əliyevin ilk növbədə tapşırığı bundan ibarətdir ki, güzəştli kreditdən istifadə edən şirkətlər dünyada ən müasir texnologiyaların Azərbaycan gətirilməsini və tətbiq edilməsini təmin etməlidirlər. O bildirib ki, bugünə qədər maliyyələşdirilən layihələrdə əsas üstünlük yüksək texnologiyaların tətbiqinə verilib: "Digər istehsal, emal sahələrində kifayət qədər yaxşı nəticələrimizin olmasına baxmayaraq, çox təəssüf ki, Azərbaycanda çörək istehsalında yüksək texnologiyaların tətbiqindən o qədər də optimist danışmaq mümkün deyil. Bu istiqamətdə prezidentin verdiyi tapşırıqları nəzərə alaraq, Sahibkarlığa Kömək Milli Fondu dövlətin güzəştli kreditindən istifadə edən, o cümlədən Azərbaycanda çörək istehsalı ilə məşğul olan sahibkarlar üçün Avropanın ən yüksək texnologiyalarını həyata keçirən "Dvorak-engineering" şirkətini Azərbaycana dəvət edib. Bu dəvətdə əsas məqsəd ondan ibarətdir ki, yerli sahibkarlar üçün həmin şirkətin imkanlarını təqdim edək, eyni zamanda həmin şirkətin Azərbaycanda nümayəndəliyi təsis olunsun və yaxın gələcəkdə onun avadanlıqlarından istifadə edən yerli sahibkarlar şirkət üzrə servis xidmətlərindən də istifadə etmiş olsunlar. Əsas məqsəd Azərbaycanda yüksək keyfiyyətli çörək məhsullarını istehsal etmək, bu istehsal prosesində sanitar-gigiyenik normaları gözləmək, eyni zamanda istehlakçılara keyfiyyətli çörək məhsullarının çatdırılmasını təmin etməkdən ibarətdir".
Ş.Abdullayevin fikrincə, müasir texnologiyaların tətbiqi ilk növbədə keyfiyyətli çörəklə təmin olunmağa imkan yaradacaq. O vurğulayıb ki, keyfiyyətli çörək dedikdə istehsal olunan çörəyin çəkisi, istehsal prosesində bütün texnologiyaların gözlənməsi, eyni zamanda müxtəlif növ çörəklərlə təmin olunmasını həyata keçirməkdir.
"Yüksək texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli məhsul istehsalı, istehsal prosesində əlavə itkilərin qarşısının alınması deməkdir. Bu gün yüksək texnologiyaların tətbiq olunması enerji sərfinə gətirib çıxarır. Çörək istehsalında minimum enerji sərfi və minimum itki heç də çörəyin qiymətinə təsir göstərməyəcək. Çörək istehsalında bu itkilərin qarşısının alınması müəyyən mənada çörəyin qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər", - deyə o əlavə edib.
Tədbirin davamında sahibkarları maraqlandıran suallar cavablandırılıb. Təqdimatdan sonra maraqlı olan tərəflərlə həmin şirkətin sahibləri və əməkdaşları arasında görüşlər təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB