Azərbaycan Milli Elmlər Akademiyası və Fransa Milli Elmi Tədqiqat Mərkəzi (FMETM) dəqiq, təbiət, humanitar və sosial elmlər sahəsində fundamental və tətbiqi tədiqatları əhatə edən ikitərəfli elmi əməkdaşlıq layihələri müsabiqəsi elan edir.
SİA nın xəbərinə görə, layihəyə 1 yanvar 2012-ci ildə start verilir və 31 dekabr 2013-cü ildə başa çatır. AMEA-nın bütün elmi-tədqiqat institutları və FMETM-in təşkilatları müsabiqədə iştirak edə bilərlər.
Hər layihənin büdcəsi maksimal olaraq aşağıdakı şərtlərlə məhdudlaşdırılıb:
AMEA tərəfindən, ən azı 60%-i AMEA elmi tədqiqatçılarının Fransaya səfər xərcləri və METM elmi tədqiqatçılarının Azərbaycanda gündəlik xərcləri üçün olmaqla hər il 2500 Azərbaycan manatı,
FMETM tərəfindən, ən azı 60%-i METM elmi tədqiqatçılarının Azərbaycana səfər xərcləri və AMEA elmi tədqiqatçılarının Fransada gündəlik xərcləri üçün olmaqla hər il 3500 Avro.
Müsabiqə aprelin 5-də, eyni vaxtda AMEA və METM veb səhifələrində yerləşdirilir və təkliflərin son təqdim edilmə tarixi 15 iyun 2011 olaraq qərara alınmışdır. Layihə təklifləri üçün ancaq ingilis dilində tərtib edilmiş formalar qəbul ediləcəkdir.
Tərtib olunmuş təkliflər 10 səhifədən çox olmamalıdır (bir intervalda 12pt ölçü) və ətraflı izahat, məqsəd, partnyorlar haqqında informasiya, elmi tədqiqat planı və büdcəni özündə əks etdirməlidir.
Təkliflər müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcək. Layihələr, keyfiyyət və yenilik, FMETM-AMEA əməkdaşlığının inkişafı üçün perspektivlər, gənc elmi tədqiqatçıların cəlb olunması və gələcək AB Çərçivə proqramına birgə layihələr təqdim olunması baxımından seçiləcəkdir.
Son qərar birgə FMETM-AMEA Komitəsi tərəfindən qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB