İsrail xarici işlər naziri Aviqdor Liberman Qəzzaya nəzarət edən "Həmas" təşkilatı ilə atəşkəsin böyük bir səhv olacağını söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Liberman əsas işin "Həmas"ı iqtidardan salmaq olduğunu bildirib.
İsrail xarici işlər naziri hesab edir ki, "Həmas" qarşıdurmaların dayanmasından faydalanaraq yenidən silahlanır və daha mütəşəkkil vəziyyətə gəlir.
Qeyd edək ki, İsrailin Qəzzaya bir neçə gün ardıcıl olaraq endirdiyi raket zərbələrindən sonra dünən gecə sakit keçib. Son raket zərbələri nəticəsində 20-dən artıq fələstinlinin öldürüldüyü bildirilir. Ekspertlər hesab edir ki, İsrail Orta Şərq və Şimali Afrikadakı qarışıqlıqdan istifadə etməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB