"Özlərini feminist adlandıranların etdikləri pislənilir" ÖZƏL-MÜNASİBƏT

"Özlərini feminist adlandıranların etdikləri pislənilir" ÖZƏL-MÜNASİBƏT

Özlərini feminist adlandıran qadınların etdiklərinin arxasında özünü göstərmək istəyən müəyyən qüvvələr durur. Bunu SİA-ya müsahibəsində "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin rəhbəri Mehriban Abdullayeva deyib.

M.Abdullayeva xüsusilə vurğulayıb ki, bizim xanımlarımız gözəl ailələrin gözəl tərbiyə almış xanımları, qızlarıdır: “Bu insanlara baxanda da bilinir ki, bunlar öyrədilmiş, müəyyən maraqlara xidmət edənlərdir. Bu dərhal hiss olunandır. Yəni adi bir zamanda bunlar niyə etmirlər bu hərəkəti? Bu gün niyə çıxmırlar ortaya? Bu əlbəttə ki, düşünülmüş bir şəkildə, bilə-bilə 8 mart günündə insanların qanını qaraltmaq üçün, deyək ki, unsanların əhvalını pozmaq üçün olan bir şeydir. Ancaq bizim Azərbaycanda belə şeylər yoxdur. Zaman-zaman şahidi olmuşuq ki, pis fikirləri olan, pis niyyətlilər zəif düşüncəyə malik və belə hərəkətlərə yol verən insanlardan istifadə edib öz ideyalarını irəli sürürlər.
Onların hərəkətləri bizim mental düşüncəyə də uyğun deyil. Bizim öz ailələrimizdə verdiyimiz tərbiyədə, xüsusən qızlara verilən tərbiyədə belə hallara rast gəlinmir və onların etdikləri bizim üçün bəyənilməzdir. Bizim ailələrdə böyüyən uşaqların heç biri belə şeylər görməyiblər və mən ona görə deyirəm ki, bu məsələdə xüsusi maraqlar var. Azərbaycan ailəsi gözəl vətəndaş böyüdür, gözəl qız böyüdür, ana böyüdür, oğullar böyüdür və hər zaman da öyüd veririk ki, oğul kişi kimi böyüsün, qızlar da xanım kimi. Mən bizim Azərbaycanda belə şeylər, yəni o qadınların etdikləri kimi davranışlar görməmişəm. Hər zaman Azərbaycan ailəsi nümunəvi ailə olub. Xanımlarımız da hər zaman ali təhsilli, bacarıqlı, tərbiyəli, böyük-kiçik yeri bilən olublar. Günü bu gün də müşahidə edirik ki, bir yerə böyük daxil olduğunda övladlar ayağa qalxır, özündən böyüklərə hörmət və ehtiramla davranır. Bu isə əxlaqın, etik normaların gözlənilməsinin təsdiqidir. Buna görə də demək istəyirəm ki, həmin o özlərini feminist adlandıran qadınların etdikləri bəyənilmir, mən də onların etdiklərini pisləyirəm. Nəinki onların özlərini, hətta onların arxasında duranları da ittiham edirəm”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə