"Türkiyə prezidenti ilə Rusiya prezidentinin Moskvada keçirilən görüşü sözsüz ki, baş verən proseslərin fonunda çox böyük bir önəm daşıyırdı. Artıq bilirsiniz ki, həmin nöqtələrdə vəziyyət bir qədər stabilləşib. Yəni həm Türkiyə, həm də Rusiya tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başlayıblar". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ekspertin sözlərinə görə, görüşdən dərhal sonra Rusiya prezidenti Suriya lideri Bəşər Əsədlə telefonla danışdı və məsələlər razılaşdırıldı: "Məsələnin görünməyən tərəfi ondan ibarətdir ki, sözsüz biz bilirik ki, Suriya bu məsələdə daha çox Rusiyadan asılıdır. Onlar Rusiya nəyi məsləhət görürsə, deyirsə ona uyğun da hərəkət edirlər. Düşünümürəm ki, Suriya tərəfi sözlərinin üstündə dursun. Bildiyiniz kimi artıq Türkiyə rəsmilərindən məlumatlar gəlir. Baxmayaraq Türkiyə İdlibdən öz qoşunlarını, ağır texnikanı qismən də olsa çəkməyə başlayıb amma təəssüflər olsun ki, hələ də məlumatlar gəlir ki, Suriya tərəfi bəzi təxribatlarla məşğuldur. Bu elə belə deyil. Tərəflər arasında atəşkəs haqqında razılıq imzalansa da amma hələ də xeyli məsələlər var. Düzdür burada Rusiya tərəfi bütün bu bəlaların başında olsa da amma özlərini kənara çəkmiş kimi göstərirdilər. Daha çox Əsəd rejiminin əsgər və zabitləri həlak olublar. Düşünürəm ki, bu məsələrə yaxın zamanlarda bir aydınlıq gətiriləcək. Rəsmi Ankara bir sıra məsələlərdə prinsipiallıq nümayiş etdirir və bu prinsipiallıq da bizim şimal qonşumuz və digərləri tərəfində o qədər ciddiyə alınmır. Pərdəarxasında altı saata yaxın görüş olub. Bu müzakirələrin nəticəsi kimi də ortalığa bu sənəd gəlib. Hər halda ümid edək ki, yaxşılığa doğru nəsə dəyişəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB