Milli Məclisin üzvləri Moldovaya səfər edəcəklər

Milli Məclisin üzvləri Moldovaya səfər edəcəklər
Milli Məclisin deputatları Asəf Hacıyev və Mübariz Qurbanlı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin iclasında iştirak etmək üçün aprelin 11-dən Moldovnın paytaxtı Kişinyovda səfərdə olacaqlar. Bu barədə SİA-ya parlamentin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə elmi-texniki tərəqqinin sürətləndirilməsində parlamentlərin rolu barədə məruzə dinləniləcək, Avropa İttifaqının Qara dəniz strategiyası mövzusunda fikir mübadiləsi aparılacaq.

Səfər aprelin 13-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə