"Ölkəmizdə qadın hərəkatı ilə bağlı zəngin ənənə var" AÇIQLAMA-ÖZƏL

"Ölkəmizdə qadın hərəkatı ilə bağlı zəngin ənənə var" AÇIQLAMA-ÖZƏL

“Azərbaycanda qadın və kişi hər zaman çiyindaş, tərəfdaş olub. Bununla bağlı çoxlu nümunələr var. Ölkəmizdə qadın hərəkatı ilə bağlı zəngin ənənənin olması, qadın hüquqları ilə bağlı zəngin ənənələrimizin olması, eləcə də yaradılan imkan və şəraitlə bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynur Veysəlova deyib.

O bildirib ki, Azərbaycanda yaradılan ilk xeyriyyə cəmiyyətləri, qadın məktəbləri, qadın jurnalları, mətbu orqanlarında xanımlar öz həyat yoldaşları və ya qardaşları ilə birgə fəaliyyət göstəriblər: “Bu gün müasir dövrdə də gender bərabərliyi ilə bağlı ildən-ilə təkmilləşdirilən, yenilənən həm güclü qanunvericilik bazası, həm də bu istiqamətdə dövlət siyasəti həyata keçirilir. Bu gün Azərbaycanın Birinci vitse-prezidentinin Mehriban xanım Əliyeva olması müasir qadın hüquqlarına yeni çalar qatıb”.

Komitə nümayəndəsi söyləyib ki, Birinci vitse-prezidentin Mehriban xanım Əliyevanın fəaliyyətinə nəzər salsaq orada Azərbaycan qadının xeyriyyəçilik ənənələrini görərik: “Bununla yanaşı Mehriban xanım Əliyeva fəaliyyətinə sosial məsuliyyət, humanizm və digər yeni çalarları əlavə etməklə əsil Azərbaycan qadını nümunəsi ortaya qoyub”.

V.Veysəlova qeyd edib ki, Azərbaycan dövlətinin gender bərabərliyi, qadınların rolunun artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi, yerinə yetirilməsi üçün xüsusi milli fəaliyyət planları var ki, onlarla bağlı da bir sıra beynəlxalq sənədlərə qoşulmaq və digər istiqamətində addımlar atılır: “Mübarizə aparmaq, hüquqlar uğrunda iş aparmaq çox gözəldir. Lakin bu işlər bizim milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, ölkəmizin siyasi imicinə zərər gətirməməlidir.Bu gün bizim ilk işimiz maarifləndirmə olmalıdır. Biz tarixə də baxsaq görərik ki, küçə çağırışları, yürüşlər effktiv olmur, nəticə vermir. Daha əsaslı və düzgün mübarizə üsulları seçmək lazımdır. Bu gün hər birimiz əl-ələ verib səylərimizi birləşdirsək daha çox nəticə əldə edə bilərik. Biz neqativ halların yaratdığı fəsadların içində əxlaqi dəylərimizi əritməməli, əksinə onlara sahib çıxmalıyıq. Prezident İlham Əliyev də hər zaman çıxışlarında gənclərə tövsiyyə edərək bildirir ki, vətənpərvər olmalı, əxlaqi, milli-mənəvi dəylərimizə sahib çıxmalıyıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə