"Cəmiyyət Prezidentin islahat kursuna dəstək verir, dəyişiklikləri alqışlayır" MALİK HƏSƏNOV
Ölkəmizdə idarəetmədə, qanunvericilikdə və digər sahələrdə ciddi islahatlar aparılır və bütün bu uğur tandemlərinin təməlində Prezident İlham Əliyevin qətiyyətli iradəsi, mütərəqqi strategiyası dayanır. Ümumiyyətlə, bu islahatlarda əsas məqsəd yeni idarəetmə üsuluna keçmək, yeni kadrlara geniş meydan vermək, əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində daha ciddi tədbirlər görməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatlar konsepsiyası, onun nailiyyətləri cəmiyyətdə ciddi şəkildə müzakirə olunur, insanlar bu islahatların faydasını gördüklərini, dövlət idarəçiliyindəki yenilikləri etiraf edir və həmin islahatları dəstəkləyirlər. Bu gerçəkliyin sübutu özünü Milli Məclisin VI çağırışının yeni tərkibdəki toplantısında da sərgiləmiş oldu. Onu da qeyd edim ki, ölkə başçısı siyasi sahədə də islahatların aparılacağını istisna etməmişdi və bu fikirlənini toplantıda vurğuladı və bu proses bundan sonra da davam etdiriləcək. Dövlət başçımız xatırladı ki, əgər bir sahədə islahatlar getsə, digər sahələrdə davam etdirilməsə, tarazlıq pozular, ona görə də iskahatlatın bütün sahələrdə aparılması qaunnverici orqana da sirayət etdi. Artıq yeni tərkibli Milli Məclis var və bu Azərbaycanın dünya birliyində nüfuzunun yüksəlməsi, dövlətimizin daha da güclənməsi, xalqın rifahının yaxşılaşdırılması istiqamətinə yönələn dəyişikliklərin məntiqi nəticəsidir.
Ümumiyyətlə, Azərbaycanın müasir, demokratik dövlət kimi güclənməsinin bir yolu da tam işlək vəziyyətdə olan yeni Milli Məclisdən keçir. Bu baxımdan, növbədənkənar parlament seçkilərinin keçirilməsi və bu seçkilərin şəffaf demokratik dəyərlərə cavab verməsi Azərbaycan dövlətinin gücünü daha da artmasına xidmət edir. Danılmaz həqiqətdir ki, cəmiyyət Prezident İlham Əliyevin islahat kursuna dəstək verir, onun apardığı dəyişiklikləri, yeni təyinatlarını alqışlayır. Odur ki, yeni Milli Məclisə seçkilər islahatlara ən yaxından yardım etmiş olacaq və bizlər millət vəkilləri statusunu əməli şəkildə, xalqın iradəsi əsasında reallaşdıracağıq.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB