"Bu gün cəbhə xəttində atəşkəs tez-tez pozulur. Əgər əvvəllər atəşkəs təmas Dağlıq Qarabağ istiqamətində pozulurdusa, indi isə görürük ki, daha çox Dağlıq Qarabağa aid olmayan hissələrdə, sərhəd boyu Tovuz, Qazax istiqamətində pozulur". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
"Görünür bununla işğalçı dövlət bizə göstərmək istəyir ki, guya biz nə vaxtsa Dağlıq Qarabağda hücum əməliyyatı həyata keçirmək istəsək, torpaqlarımızı azad etmək istəsək onlar bizə sərhəd boyu problemlər yarada bilər. Bu birinci məsələ. Onların ikinci hədəfləri də var. Bilirsiniz ki, Rusiya Ermənistanın təhlükəsizliyinə cavabdehdir. Onlar istəyirlər ki, bizi təxribat törətməyə sövq etsinlər və bu prosesə Rusiyanı qatsınlar. Çünki Rusiya ilə Ermənistan arasında ikitərəfli hərbi anlaşmalar var, həm də hər ikisi KTMT-nin üzvüdür. Buna baxmayaraq düşünürəm ki, düşmənə onsuzda itkilər verdiririk. Tovuz, Qazax istiqamətində də onlar itki veriblər. Bu gün Rusiyada da görürlər ki, Azərbaycan tərəfi təxribata cavab verməlidir. Amma çox təəssüflər olsun ki, beynəlxalq aləmdən bu məsələyə heç bir reaksiya yoxdu. ATƏT-in Minsk Qrupu həmişəki kimi susur. Uzaqbaşı vəziyyət gərginləşsə, onlar yenə də regiona turistik səfər edəcək. Onların dərdi münaqişəni həll etmək deyil, çalışırlar yalnız atəşkəsə riayət olunsun. Amma atəşkəs də pozulanda bir qədər narahat olurlar ki, bu böyük toqquşmalara səbəb ola bilər. Yay aylarında atəşkəsin pozulmasının sayı da çoxalacaq. Çünki münaqişə həll olunmursa, mərhələli həll işə düşmürsə istər-istəməz təmas xəttində vəziyyət gərgin olaraq qalacaq”-deyə, politoloq fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB