Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri görüşəcək

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri görüşəcək

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşü keçiriləcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, görüş İranda baş tutacaq.

 

Aprelin 16-sı İranın Urmiya şəhərində baş tutacaq görüşdə Əli Əkbər Salehi, Əhməd Davudoğlu və Elmar Məmmədyarov üç ölkə arasında iqtisadi və ticarət əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə