Misirin ictimai prokuroru devrilmiş prezident Hüsni Mübarəki nümayişçilərin ölümləri və qanunsuz pul mənimsəmə ittihamları ilə bağlı dindirmək üçün prokurorluğa çağırıb. SİA-nın xəbərinə görə, prokurorluq həmçinin Mübarəkin oğlulları Qamal və Alanı korrupsiya ilə bağlı sorğu-sual edəcək.
Hüsni Mübarək fevral ayında hakimiyətdən getdikdən bəri ilk dəfə mediada çıxış edib. Əl-Ərəbiyə telekanlına müsahibə verən Mübarək özünün və ailəsinin reputasiyasını qorumaq üçün "hüquqlarından" istifadə edəcəyini bildirib. Mübarək onun var-dövlətini araşdıran hökumət orqanları ilə əməkdaşlıq aparacağını söyləyib. Devrilmiş prezident əlavə edib ki, onun xaricdə bank hesabları və mülkiyyəti yoxdur.
Bir neçə həftədir ki, Qahirənin Təhrir meydanında toplaşmış nümayişçilər Hüsni Mübarəkin korrupsiyaya görə mühakimə olunmasını tələb edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB