Rusiya Liviyada qaçırılan 5 rus jurnalistin azad edilmәsindәki xidmәtlәrinә görә Türkiyә, Misir vә İtaliyaya tәşәkkür edib.
SİA-nın xəbərinə görə, cümә günü erkәn saatlarında casusluqda günahlandırılaraq müxaliflәr tәrәfindәn qaçırılan rus jurnalistlәr axşam saatlarında sәrbәst buraxılıb.
"Komsomolskaya Pravda" qәzetindәn 2, NTV televiziya kanalından isә 3 jurnalistin sәrbәst buraxılması üçün, Rusiya, Binqazidә konsulluğu olan Türkiyә vә İtaliyaya müraciәt etmişdi.
Xatırladaq ki, Rusiyanın xarici işlәr naziri Sergey Lavrov,Türkiyә vә İtaliyanın dәstәyi dә daxil olmaqla,bütün alternativlәri dәyәrlәndirdiklәrini,lazım gәlәrsә bölgәdәki digәr güclәrdәn dә yardım istәyәcәklәrini ifadә etmişdi.
Ancaq jurnalistlәr sәrbәst buraxıldı vә Rusiya Xarici İşlәr Nazirliyinin yazılı açıqlamasında,bu istiqamәtdәki fәliyyәtlәrinә görә,Türkiyә,Misir vә İtaliyaya minnәtdarlıq bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB