Əli Kərimlinin “qeyrəti” və biqeyrətləri ANALİTİK + MÜXALİFƏT

Əli Kərimlinin “qeyrəti” və biqeyrətləri ANALİTİK + MÜXALİFƏT

Aysel Ələkbərzadənin intiharı arxasında əsl günahkar kimdir?

AXCP sədri Əli Kərimlinin “egidası” altında biqeyrətçilik və namussuzluq hallarının inkişaf faktları az deyil, hətta çoxdur. Buz elə də uzağa getməyərək, hələ də dillərdə dolaşan Qənimət Zahid və Azər Əhmədov olaylarını, “Üç Palma” biabırçılığını və s. hadisələri xatırlaya bilərik. Sanki bu kimi hadisələr bilavasitə AXCP-nin alnına yazılıb, boyuna biçilib və bütün bunlar baş verməsə, nə Ə.Kərimli-Ə.Kərimli, nə də AXCP- AXCP olar.

Daha bir xatırlatmanı edə bilərik ki, bir zamanlar “Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Ə.Kərimlini sərt şəkildə tənqid etdikdən, onu “qoluboy” və s. yazıla bilməyəcək ifadələrlə təhqir etdikdən sonra partiyasının qarşısına cinsi azlıqlar yığışaraq, AXCP sədrinin müdafiəsinə qalxmışdılar. Məhz bu da əslində Ə.Kərimlinin kimliyindən, hansı “məzhəbə” qulluq etməsindən kifayət qədər bəhs edən reallıqdır.

Məhz bunun fonunda Ə.Kərimlinin ətrafının lezbiyanlardan və digər cinsi azlıqlardan bər-bərk tutması özünü bir daha sübuta yetirdi.

AXCP sədri ancaq əxlaqsızlığı və tərbiyəsizliyi təbliğ edənləri dəstəkləyir

Beləliklə, 8 mart - Beynəlxalq Qadınlar Günündə "aksiya" keçirmiş, əxlaqsız, tərbiyəsiz şüarlar səsləndirmiş "feministlər"in ifşası bu gün də davam edir və onlar davam etdikcə hər zaman daim davam edəcək. Məsələn, sosial şəbəkələrdən öyrəndiyimiz kimi, bu gün intihar cəhdi edən cəhdindən öncə status yazan, aksiyada ifrat dərəcədə rüsvayçı şüar qaldıran Aysel Ələkbərzadə onu buna məcbur edən şəxslərin adlarını açıqlayıb.

Ona cavab olaraq özünü "jurnalist" kimi cəmiyyətə sırımağa çalışan və hər zaman Ə.Kərimlinin ətrafında sülənən Nurlan Libre də bakirəlik və bəkarət məsələsini şişirdib. Bu reallıq da Ə.Kərimlinin aksiyada iştirak edən ünsürlərin əslində nə qədər “qeyrətli” olduqlarını ortaya qoyur.

Bu, onun siyasi müxalifətdəki əsas “silahıdır”

Yəni AXCP sədri ancaq əxlaqsızlığı və tərbiyəsizliyi təbliğ edənləri dəstəkləyir. Amma sözün düzünü deyənləri təhqir və linç etdirir. Bu, onun siyasi müxalifətdəki əsas “silahıdır”.

Nəticədə, onun zəhər tuluğunda batıb-gedən bir qrup gənc hələ də ayılmır ki, ayılmır. Belə olan halda daha bir sual yaranır: əcəba, özünü 3-cü mətrəbədən ataraq intihar cəhdində bulunan A.Ələkbərzadə həyatını itirərsə, AXCP sədri ətrafındakı biqeyrət və şərəfsizlər yığnağına “davam edin” əmrini verəcəkmi?

Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən verilən birgə məlumatda qeyd olunur ki, martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atıb.
A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.
Yasamal rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisə yerinə baxış keçirilərkən evdən 2 ədəd 1 litrlik “Kuller” markalı pivənin boş plastmas qabları, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və müvafiq prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı Yusif İsayev ifadəsində həmin gün səhər saatlarında Aysel Ələkbərzadə ilə pivə qəbul etdikdən sonra içkinin qurtarması ilə əlaqədar əlavə spirtli içki almaq üçün mağazaya gedib geri qayıtdıqda A.Ələkbərzadənin mənzilin pəncərəsindən atmaq istəməsini görsə də, etdiyi səylərə baxmayaraq onun bu hərəkətinin qarşısını ala bilmədiyini göstərib.
A.Ələkbərova hadisədən əvvəl özünə məxsus “facebook” səhifəsində yaxın münasibətlərdə olduğu rəfiqəsi, onun həyat yoldaşı və digər tanışının adlarını çəkməklə onu özünü öldürmə həddinə çatdırmaları barədə martın 10-da saat 04:13-də məlumat paylaşıb.
İlkin istintaqla müəyyən edilib ki, A.Ələkbərzadə martın 8-də Bakı şəhərində bir qrup feministlər tərəfindən təşkil olunan icazəsiz aksiyada fəal iştirak edib və aksiyada əlində tutduğu şüarda əks olunmuş firkirlərə görə bəzi sosial şəbəkə istifadəçilərinin ciddi ictimai qınağına məruz qalıb.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla bir qrup feminist tərəfindən təşkil olunmaqla icazəsiz aksiyada iştirak etmiş A.Ələkbərzadəni intihar etməyə vadar edən təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək əməllərinə hüquqi qiymət verilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə