İçərişəhərdə avtomobillərin hərəkəti iki ay məhdudlaşdırılacaq

İçərişəhərdə avtomobillərin hərəkəti iki ay məhdudlaşdırılacaq

Aprelin 11-dən İçərişəhərdə - "Meridian" hotelindən Kiçik Karvansaraya qədər olan sahədə iki ay ərzində avtomobillərin hərəkəti mümkün olmayacaqdır.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya bildiriblər ki, son illərdə İçərişəhərdə aparılan abadlıq və quruculuq işlərinin miqyası genişlənib. Ərazidə tarixi irsə xələl gətirmədən görülən işlər onun görkəmini və burada yerləşən qədim tikili və mədəniyyət obyektlərinin əhəmiyyətini daha da qabardır.

Aprelin 11-dən "Meridian" hotelindən Kiçik Karvansaraya qədər olan sahədə yolun və kommunikasiya xətlərinin əsaslı təmirinə başlanıldığı üçün iki ay ərzində bu istiqamətdə avtomobillərin hərəkəti mümkün olmayacaqdır. Bu səbəbdən Kiçik qala küçəsindən istifadə etmək tövsiyə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə