Azərbaycab qadını örnək, feministlər isə alətdir TƏHLİL

Azərbaycab qadını örnək, feministlər isə alətdir TƏHLİL

Qadınlardan ibarət kiçik bir dəstənin aksiya adı ilə küçədə toplaşması olduqca gülünc bir mənzərəyə çevrildi. Çünki, nə yığışanlar Azərbaycan qadınını təmsil edirdilər, nə də keçirdikləri normal aksiya sayıla bilərdi. Məhz bu səbəbdən də haqlı olaraq ictimai narazılığa səbəb olub. Bu toplaşma heç də ictimai fikri ifadə edə biməzdi və oradakıların kimliyini nəzərə aldıqda tamamilə başqa məqsədlərin olduğunu deməyə əsas verir.

Maraqlıdır, “Bozbaş yoxdur, üsyan var” şuarı ilə, “Qadına azadlıq” tələb edən bu dəstənin ümumiyyətlə, istəyi nədir? Bəlkə bu qadınları bozbaş bişirməyə məcbur edənlər var və bunlar bişirmək məcburiyyətində qaldıqları bozbaşın davasını etmək niyyətindədir? Yaxud belə bir məcburiyyətlərinə cavabdeh axtarırlar? Tələbləri də, şuarları da çox gülünc görünür və əgər həqiqətən də məcbur olunurlarsa, bunun cəmiyyətə, hakimiyyətə nə aidiyyəti var ki, bunu dərhal siyasiləşdirmək niyyətindədirlər? Məcburiyyətlər də, zorakılıqlar da hüquqi müstəvidə həll oluna məsələlərdir və bunun küçədə nə müzakirəsi olur, nə də həlli.

Digər tərəfdən bu qadınları cəmiyyət çoxdan tanıyır və bunların bozbaş bişirən qadınlardan olmadığı da heç kim üçün sirr deyil. Azərbaycan cəmiyyəti bu feministlərin siması ilə çoxdan tanışdır və heç də məcbur edilənlərdən, zorakılıqlara məruz qalanlardan olmadığını yaxşı bilir. Yaxşı bilir ki, bu qadınlar Azərbaycan qadınına yaraşmayan hərəkətləri ilə gündəmə gəlib və hər biri özünəməxsus yanlış təsəvvürü, uyğunsuz davranışları, hətta ictimai qınağa səbəb olan hərəkətləri ilə məşhurdur. Sual oluna bilər ki, ictimai qınağa səbəb olanlar nəyi ictimailəşdirmək, ictimaiyyətdən hansı dəstəyi almaq fikrində, niyyətindədirlər axı? Bu niyyətlərinin baş tutacağına görəsən özləri də inana bilirlərmi? Belə olan halda bu dəstənin etdiyinin mahiyyəti nədir?
Əgər küçədə toplaşan bu kişik dəstənin nümayəndələri Azərbaycan qadınının mövcud hüquqları barədə bilmirsə, bu onların problemidir. Bilmirlərsə ki, Azərbaycanda qadın hətta Avropa ölkələrindən də qabaq seçki, səs vermək hüququna malik idi, o zaman küçədə toplaşmaq əvəzinə gedib öyrənsinlər, məlumat əldə etsinlər. Əks halda deqradasiyaya məruz qaldıqları bu halları onlarda keçici olmayacaq və bu dəfəki kimi yenə də gülünc qalmaq etimalları böyükdür. Onlar bilməlidirlər ki, Avropada qadınların əmlak sahibi olmaq, işləmək kimi hüquqları belə olmayan zamanlarda, ötən əsrin əvvəllərində Azərbaycan qadınının bu hüquqları var idi, nəinki indi. İndi bu hüquqlar daha da genişlənib və ölkəmizdə qadınlar millət vəkili seçilir, müxtəlif dövlət strukturlarında səlahiyyətli vəzifələrə təyin edilir, biznes sahəsində özünü sınayır, işgüzar qadın kimi özünü təsdiq edə bilir. Belə olan halda bu dəstənin nümayəndələri nədən ibarətdir və nəyin tələbini irəli sürürlər? Nəyə görə toplaşıblar və nə istəyirlər, özləri barı başa düşürlərmi? Başa düşürlərmi ki, hansısa qüvvələrə, onların çirkin niyyətlərinə alət olmaq yolunu seçiblər?

Azərbaycanda bir nəfər qadın belə tapılmaz ki, qadın olduğuna görə onun hansısa vətəndaş hüququ məhdudlaşdırılsın. Bu barədə danışmaq reallıqları təkzib etmək deməkdir. Çünki, ölkənin qanunvericiliyində belə bir halı nəzərdə tutan tək bircə dənə də maddə yoxdur. Heç ola da bilməz. Əksinə, gender bərabərliyi ilə bağlı ölkəmiz haqqında beynəlxalq ictimaiyyət də çox yüksək fikirlədir. Bunu Azərbaycanda səfərdə olan bir çox ölkələrin nümayəndələri də etiraf edirlər və biz şəxsən bunun şahidiyik. Əgər kimsə öz evində, ailəsində, fəaliyyət göstərdiyi mühitdə kimlərsə tərəfindən təzyiqlərə rast gəlirsə, məsələn hansısa qadın öz həyat yoldaşının ona tətbiq etdiyi zorakılığa məruz qalırsa bu heç də qadın hüquqlarının pozulması deyil. Belə bir halın, yəni həyat yoldaşı tərəfindən zorakılığa məruz qalma halının, yaxud ətrafındakılardan kimlərinsə təzyiqləri ilə rastlaşma halının olması mümkündür və bunun mövcudluğu əvvəla, bütün dünya ölkələrində rast gəlinəndir. Digər tərəfdən də axı, belə bir hal qadın haqlarının pozulması deyil, Cinayət Mcəlləsində bir maddənin pozulmasıdır ki, buna görə də məsuliyyət tədbirləri tələb olunur və bu tədbirlər ölkəmizdə tamamilə təmin edilir.

Məsələ burasındadır ki, bu gün ölkəmizdə qadın azadlığı deyə səs-küy qoparanlar əslində qadınları düşnərək, onların namı üçün ortalığa atılmayıblar və mənzərə tamam başqa məqamları açır. Bu mənzərə daha çox radikal müxalifətin hər zaman ortalığa qoyduğu və özünü rüsvay etdiyi mənzərədir. Hər şey göz qabağındadır və hədəfin hakimiyyət olduğu da dərhal duyulur. Keçirilən aksiya hakimiyyətə qarşı dolayı yollarla qüvvə formalaşdırmaq, əzələ nümayiş etdiməyə bənzəyir.
Müxalifətçilik dedikdə, müxalif olmaq dedikdə sağlam rəqabətdən başqa radikalların ağlına hər şey gəlir. Nəyə desən əl atırlar. Sapı özümüzdən olan baltalara əmr verən bəzi qüvvələr isə daha nə vasitələr düşünməyi planlaşdırırlar? Bundan bir az əvvəl din pərdəsi altında oyun qurmağa çalışdıqları da cəmiyyətin yaddaşındadır və buna rəvac verməyən cəmiyyət artıq onların simalarına bələddir. Dinin siyasətə aidiyyatı olmadığını, ibadətin tamam başqa bir fəlsəfəni özündə ehtiva etdiyini dərk edənlər sözsüz ki, bu məkrli niyyətlərə də yalnız nifrət bəsləyə bilər. Təbii ki, ölkədə aparılan sağlam din siyasəti göründüyü kimi dini silah kimi istifadə etmək istəyənlərin arzularını ürəyində qoydu.

Sonuncu aksiyada gördüyümüz mənzərənin qadın azadlığına aidiyyəti olmadığı kimi, orada toplaşanlar da bizə Azərbaycan qadınını xatırlatmır. “Feminist” adı ilə küçələrə çıxan qadınların kimliyi ən azından bunu deməyə əsas verir. Bu aksiyada gördüyümüz “sifətlər” bizə çoxdan tanışdır. Kimlərdir axı onlar? Almaniyanın “Konrad Adenauer” fondunun bəslədiyi, ermənilərə və PKK kimi bir quplaşmaya rəğbətini gizlətməyən Nurlana Cəlil, cinsi azlıqların nümayəndəsi və aktiv müdafiəçisi Rəbiyyə Məmmədova, evən qaçan və bir neçə gün qayıtmayan, sonra polisin gecə klubundan, bardan tapıb valideyininə təhvil verdiyi Fatimə Movlamlı, Mübariz İbrahimov kimi Milli Qəhramanı təhqir etməsi ilə gündəmə gələn Nərmin Şahmarzadə, suları bulandırmaqda məşhur olan, çirkin ssenarilərdə hansı daşı qaldırsan altından çıxan Xədicə İsmayıl və bunlara bənzər oxşarları Azərbaycan qadınını təmsil edə bilərmi? Bunlar hansı üzlə Azərbaycan qadınınn adından danışırlar axı?

Aksiyada bir də zəif cinsin nümayəndələri ilə yanaşı bəzi “kişi”lər də gözə dəyirdi ki, onların da sui istifadə üçün toplaşan blogerlər olduğu bəlli idi. Belə “kişi”lərdən biri olan Əli Kərimli də onlara öz Facebook səhifəsində qoşulub ki, bu onun dırnaqarası simasını bir daha təsdiqləyir. Beləki, qadınlara qoşulduğunda Kərimlinin polis müdaxiləsi, zor tətbiqi kimi siyasi səhnə yaratmaq cəhdi dərhal diqqəti cəlb edir. Siyasi səhnə yaratmaqla bu adamın məqsədi yenə də siyasi dividentdir, başqa şey deyil. Öz müxalifət düşərgəsndəki silahdaşlarını saymayan biri üçün Azərbaycan qadını, onun azadlığı nə qədər maraqlı ola bilər? Avantüristin birini qadın hüquq və azadlıqları maraqlandırdığına kimsə inana bilməz. İctimaiyyətə bəllidir ki, az qala 30 ilə yaxındır ki, Ə.Kərimli ancaq çaxnaşma yaratmaq, bu görüntünü də kimlərə isə ötürüb qrant əldə etmək niyyəti güdür. Biçarənin son vaxtlar əlinə bircə dənə də arqument keçmirmi deyək, yoxsa, meydanlardan əli-ayağı yığışıbmi deyək, hər nə isə qrant əldə etməsi üçün əlində heç nə olmadığı üçün feminist qadınların şousundan istifadə etməkdən başqa görünür çarəsi qalmayıb. Elə buna görə də virtual da olsa dərhal qoşulmaq qərarına gəlib ki, buna da qadın azadlığı, qadın hüquqlarının müdafiəsi adı vermək qətiyyən mümkün deyil. Bunun bircə dənə adı var ki, ona da sui istifadə deyilir.

Toplaşan dəstənin qaldırdığı şuarlara, səsləndirdiyi fikirlərə diqqət edən hər kəs onların yerinə utanırdısa da, onların belə bir niyyəti də yox idi. Şuarları belə qeyri-etik idi və bu ümumiyyətlə qadına yaraşacaq deyildi. Azərbaycan qadınına isə heç yaraşmazdı belə fikirlər və şuarlar. Bu şəkildə qeyri-etik şuarlarla toplaşanlara Azərbaycan qadını demək olarmı? Ələlxüsus, həmin gün öz evində, öz həyat yoldaşının, öz evladlarının qulluğunda dayanan, öz ailəsinin qayğısı ilə qayğılanan qadınlar, Azərbaycan qadınları özləri onları Azərbaycan qadını hesab edə bilərmi? Ümumiyyətlə, onlar müqaisə belə onunandırlarmı? Əlbəttə ki, xeyr, müqaisə olunan deyil. Azərbaycan qadını tarixən öz əxlaqı, etik davranışları, ailə dəyərlərinə verdiyi yüksək qiymət və ən əsası isməti və şərəfi ilə bütün dünya qadınlarına örnək olub bunlardan fərqli olaraq. Toplaşan qadınlardan ibarət dəstə isə Azərbaycanın ismətli qadınlarından fərqli olaraq, hansısa qüvvələrə, Azərbaycanı istəməyənlərin çirkin niyyətlərinə alətə çevriliblər. Bu simaları onları fərqləndirir. Bir sözlə, fərq oldur ki, Azərbaycab qadını örnək, feministlər isə alətdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə