"Bəzi adamlar istəyirlər ki, Azərbaycanda cəmiyyətin əxlaqı pozulsun" ÖZƏL-MÜNASİBƏT
"Özlərini “feminist” adlandıranların keçirdiyi qanunsuz aksiya cəmiyyət içərisində çox ciddi təpkilərə səbəb oldu. Çünki Azərbaycanda mövcud olmayan problemləri onlar özlərindən uydurub küçəyə çıxmışdılar". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, onlar iddia edirlər ki, guya Azərbaycanda belə problemlər var və həmin problemlərlə bağlı həyəcan təbili çalmaq istəyirlər: "Sonradan bəlli oldu ki, bunların başları üzərinə qaldırdıqları şüarlar heç də Azərbaycanda qadınlarla bağlı problemlərin olmasından xəbər vermir. Əksinə onların bəziləri özlərinin əxlaqsız həyat tərzini cəmiyyətə sırımağa cəhd göstərirlər. Yəni açıq şəkildə vulqar ifadələrlə tərtib edilmiş şüarları başı üzərinə qaldıran qadınların əlbəttə ki, xoş niyyətləri ola bilməz. Görünür bunlar özləri bu cür əxlaqsız həyat tərzini adi qəbul edirlər və özlərinə bir seçim ediblər. Biz buna qarışmırıq, çünki şəxsi işləridir. Lakin bu əlxlaqsız həyat tərzini cəmiyyətə sırımaq üçün də belə cəhd etmələri əlbəttə ki, bizim tərəfimizdən bötüvlükdə isə cəmiyyət tərəfindən normal qarşılana bilməzdi.
Aksiyadan keçən iki gün ərzində müşahidə etdiyimiz odur ki, Azərbaycan cəmiyyətinin müxtəlif kəsimləri, hətta müxalif mövqedə olan kəsimləri belə onları ciddi şəkidə qınayır. Onlara qarşı təpki göstərir, sərt şəkildə bu adamları tənqid edir. Niyə? Ona görə ki, həqiqətən də o adamların başları üzərinə qaldırdıqları şüarlar ümumiyyətlə Azərbaycan cəmiyyətini demirəm, normal heç bir cəmiyyətə uyğun şüarlar deyildi. Bir daha belə başa düşdük ki, bəzi adamlar istəyirlər ki, Azərbaycanda cəmiyyətin əxlaqı pozulsun, xüsusən də qadınlarımızın əxlaqı pozulsun. Həmin aksiyada olanlar arasında fevralın 9-da ölkəmizdə keçirilmiş parlament seçkiləri zamanı namizəd olmuş qadınlar da var idi. Mən o aksiyanı müşahidə etdikdən sonra dedim ki, nə yaxşı ki onlar deputat seçilmədilər. Azərbaycan polisləri bu qanunsuz aksiya zamanı çox yüksək təmkin və peşəkarlıq nümayiş etdirdilər. Həqiqətən də bizim polislərimizi bu cür davranışlarına görə alqışlayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB