"Ailə dəyərlərinin formalaşması məhz qadının adı ilə bağlıdır“ RƏY-ÖZƏL

"Ailə dəyərlərinin formalaşması məhz qadının adı ilə bağlıdır“ RƏY-ÖZƏL

“Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsində Azərbaycan qadınının rolu əvəzsizdir. İllər keçsə də, ölkəmizdə qadına yüksək qiymət verilməsi ənənəsi dəyişməz olaraq qalır”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

O bildirib ki, maarifpərvər qadınlarımız ölkəmizdə ziyalı cəmiyyətinin formalaşmasında əvəzsiz xidmətlər göstəriblər: “Millətin saflığının qorunmasında, formalaşmasında qadının, ananın xüsusi rolu danılmazdır. Qadın anadır, bacıdır, qız övladıdır. Ana dili, ana Vətən təsadüfən deyilən sözlər deyil. Bu da qadına münasibətin ən bariz göstəricisidir”.

Cəmiyyətimizdə qadınların rolunun getdikcə artdığını deyən İ.Vəlizadə söyləyib ki, ailə dəyərlərinin formalaşması məhz qadının adı ilə bağlıdır: “Bir faktı demək kifayətdir ki, ölkənin Birinci vitse-prezidentinin zərif cinsin nümayəndəsi olması Azərbaycanda qadına göstərilən diqqət və qayğının, ehtiramın bariz nümunəsidir. Əminəm ki, zaman keçsə də, Azərbaycanda qadına olan hörmət, ehtiram dəyişməz olaraq qalacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə