"Özlərini “feminist” adlandıranlar qırmızı xətti keçdilər" AÇIQLAMA-ÖZƏL

"Özlərini “feminist” adlandıranlar qırmızı xətti keçdilər" AÇIQLAMA-ÖZƏL

“Bakıda icazəsiz aksiya keçirənlərin hərəkətləri milli mənəvi dəylərimizə zidd olan, eyni zamanda dünyanın müasir tələbləri ilə uyğunlaşmırdı”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, feminizm ilk şərtlərindən biri cinsəlliyə qarşı olmaqdır, lakin “feminist” adı ilə toplaşanlar isə əksinə cinsəllik məsələlərini önə çıxarmışdılar: “Aksiyada tamamilə milli-mənəvi ziddi olan şüarların səsləndirilməsi təxribat idi. Hesab edirəm ki, atılan addım təkcə milli mənəvi dəyərlərimizə,Ə ideologiyamıza hücum deyil, bu həm də ölkəmizdə ictimai sabitliyin pozulmasına qarşı müəyyən xarici qüvvələr tərəfindən yönləndirilən təhdid idi”.

Politoloq söyləyib ki, elə məsələlər var ki, onlar Azərbaycan xalqı üçün həqiqətən də qırmızı xətdir və oradan keçilirsə bu artıq təhlükəli məqamdır: “Çox təəssüf ki, özlərini “feminist” adlandıranlar bu xətti keçdilər. Əksinə onlar feminizmi gözdən saldılar. Artıq ictimaiyyət feminizmin müsbət tərəflərini belə görmək istəmir. Feminizm deyəndə o günkü mənzələrələr xatırlanır”.

N.Məmmədova qeyd edib ki, amma əslində feminizmin müsbət tərəfləri var: “Feminizm əslində ilkin dövründən başlayaraq, bu günə qədər müəyyən yol keçmiş, bəşəriyyətin ideoloji cərəyanıdır. Əmin edirəm ki, bu addan istifadə edənlər ümumiyyətlə bu anlamı başa düşmür, heç bir məlumata malik deyillər. Sadəcə müəyyən mərkəzlərdən idarə olunan hərəkatdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə