Güclü külək ölkənin qərb bölgəsində fəsadlar törədib - FOTOSLAYD

Güclü külək ölkənin qərb bölgəsində fəsadlar törədib - FOTOSLAYD

Əsən güclü külək qərb bölgəsinin şəhər və rayonlarında bir sıra fəsadlara yol açıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, küləkli hava şəraiti dünən axşam saatlarından başlayıb. Bu gün səhər saatlarında isə küləyin sürəti nəzərə çarpacaq dərəcədə artıb.

 

Qeyri-sabit hava şəraiti Gəncədə bəzi problemlər yaradıb. Təbii hadisə zamanı müxtəlif küçə və prospektlərdə ağaclar kökündən qopub. Reklam panolarının bəziləri sıradan çıxıb. Külək, həmçinin dam örtüklərini uçurub.

 

Şəhərin Tağı Arani küçəsində dam örtüyü yerindən qoparaq yüksək gərginlikli elektrik xətlərinin üzərinə düşüb. Nəticədə Gəncə şəhərinin mərkəzi hissələri saatlarla işıqsız qalıb. İlkin məlumatlara görə, küləyin sürəti saniyədə 23-28 mert arasında dəyişir. Son məlumatlara əsasən küləkli hava şəraiti hələ də davam edir. Vəziyyət bu cür davam etsə, fəsadların artacağı qaçılmaz olacaq.

 

Gəncə şəhər İcra Hakimiyyətindən SİA-ya bildirilib ki, fəsadların aradan qaldırılmasına artıq başlanılıb. Küləkli hava şəraiti Gəncə ilə yanaşı, Tovuz rayonunda da fəsadlara yol açıb. Rayonda hündürmərtəbəli binaların dam örtüklərinin əksəriyyətinə ziyan dətib.

 

Bundan əlavə kəndlərə də ziyan dəyib. Ziyanın məbləği bəlli deyil. Qeyri-sabit hava şəraiti Daşkəsən və Gədəbəy rayonlarında da təsərrüfatlarda müəyyən problemlər yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə