Ermənistanda hakimiyyət dəyişikliyinə aparan PROSESLƏR ŞƏRH-ÖZƏL

Ermənistanda hakimiyyət dəyişikliyinə aparan PROSESLƏR ŞƏRH-ÖZƏL

“Ermənistan hər zaman hər hansı tədbirlər ərəfəsində təxribatlarını daha da artırmaqla öz daxili auditoriyalarını sakitləşdirməyə çalışırlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, düşmən ölkə təmas xəttində təxribat törətməklə auditoriyasına guya təhlükəsizliyi təmin etdikləri ilə bağlı mesaj verməyə çalışır: “Onlar öz təxribatlarını Azərbaycanın adını yazmağa çalışırlar”.

Ermənistanın hazırda qorxu içində yaşadığını deyən politoloq bildirib ki, çünki işğalçı ölkə Azərbaycanın gücləndiyini və hərbi potensialımızın nə vaxtsa işə düşəcəyini çox yaxşı anlayır: “Bu baxımdan Ermənistan təxribat törətməklə onlara havadarlıq edən ölkələrə də guya bunu etməyə məcbur olduqlarını göstərməyə çalışırlar. Düşmən ölkə çox yaxşı bilir ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Bunu Azərbaycan dövləti də hər zaman bildirir və öz mövqeyində qətidir”.

F.Sadıqov qeyd edib ki, Ermənistanda son baş verənlər prosesə nəzərə yetirdikdə orada hakimiyyət dəyişikliyin baş verəcəyini deməyə imkan verir: “Çünki Nikol Paşinyan kimi baş nazirin uzun müddət hakimiyyətdə qalması ermənilərin və eləcə də müəyyən dairələri qane etmir. Artıq müxalifət, eləcə də digərləri ona qarşı çıxmağa başlayıblar. Ölkədəki nə iqtisadi vəziyyət, nə də xarici siyasət istiqamətində sabitlik normaya düşmür. İnsanlar yoxsulluqla yanaşı, həm də təşviş içində yaşayır. Belə olan vəziyyətdə Paşinyanın uzun müddət hakimiyyət qalması mümkünsüzdür. Əks halda, baş nazir ölkənin xarici siyasət istiqamətində yenilik etməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə