Azad Rəhimov: "Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatı Konqresi dünya gənclərinin fəaliyyətinin genişləndirilməsinə təkan verəcək" - AÇIQLAMA
Bugün Bakıda Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının (SAQGH) birinci Konqresinə start verilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İSESCO-nun baş katibi Abdül Əziz bin Osman əl-Tuveycri və digə rəsmi şəxslər iştirak ediblər.
Konqresin əsas məqsədi gənclər təşkilatlarının gücləndirilməsi, gənclərin fəaliyyətində şəbəkələşmə və bir sıra digər məsələlərdə inkişaf əldə etmək üçün müzakirələrin aparılmasıdır.
Tədbiri giriş sözləri ilə açan Azad Rəhimov bildirib ki, bu sahədə keçirilən tədbirlər həmişə öz uğurlu nəticələrini verib: "Hələ 2009-cu ildə Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Sivilizasiyalar Alyansının Gənclər tədbiri keçirilmişdi. Tədbir çərçivəsində isə 40 ölkədən 100 gənci bir araya gəlmişdi. Yəni bu da onu göstərir ki, bu Konqres dünya gənclərinin fəaliyyətinin genişləndirilməsinə və inkişaf etdirilməsinə təkan verəcək".
Daha sonra çıxış edən İSESCO-nun baş katibinin sözlərinə görə, 2010-cu il BMT tərəfindən Gənclər İli elan edilib: "Gənclər İli çərçivəsində BMT tərəfindən bır sıra layihələr hazırlanıb. Bu gün Bakıda keçirilən bu tədbir həmin layihələrə nümunədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB