Gəncədə yeni Şəhərsalma və Memarlıq Şurası yaradılıb

Gəncədə yeni Şəhərsalma və Memarlıq Şurası yaradılıb

Gəncədə yeni Şəhərsalma və Memarlıq Şurası yaradılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, şura bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyi altında ilk müşavirəsini keçirib.

Şuranın yaradılmasının əhəmiyyətindən danışan icra başçısı bildirib ki, belə bir qurumun fəaliyyətə başlaması Gəncədə tikilən və tikilməkdə olan qanunsuz inşa işlərinin qarşısını alacaq. Həmçinin, bir sıra tarixi abidələrin yenidən restabrasiya olunmasında, şəhərin gözəlliyinin artırılması istiqamətində hazırlanan layihələr və aparılacaq tikililərə bu şuranın üzvləri rəsmi rəy bildirəcək.

Şura 37 nəfər memar, rəssam və digər aidiyyəti üzrə mütəxəssislərdən və Gəncə Regional Elm Mərkəzinin nümayəndələrindən ibarətdir. İclas zamanı qərara alınıb ki, sözügedən qurumun üzvləri ilə ayda bir dəfə, idarə heyəti icra başçısı Elmar Vəliyev başda olmaqla 10 gündən bir toplantı keçirilsin. Bundan sonra memarlara yeni bina və emalatxanalar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə