Atəşkəsi pozan düşmən cavab atəşi ilə susdurulub

Atəşkəsi pozan düşmən cavab atəşi ilə susdurulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 8-də saat 10.50-dən 10.55-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, saat 19.35-dən 19.45-dək Ermənistan Respublikasının İjevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hajılı kəndində yerləşən mövqelərimizi, saat 09.30-dan 09.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerlələş mövqelərdən, saat 10.00-dan 10.10-dək və 14.30-dan 14.40-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.40-dan 20.50-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə