Milli Məclisdə termovizor quraşdırılıb koronavirusa görə

Milli Məclisdə termovizor quraşdırılıb koronavirusa görə

Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisin girişində daxil olan şəxslərin hərarətinin yoxlanılması məqsədilə termovizor qurğusu quraşdırılıb. Mİlli Məclisdən SİA-ya verilən xəbərə görə, Milli Məclisə daxil olan şəxslər termovizor qurğusu vasitəsi ilə hərarəti yoxlanılır.

Məlumata görə, deputatlar da müvafiq qaydada yoxlanışdan keçəcək. İndiyə qədər isə Milli Məclisə gələn şəxslər arasında yüksək temperaturu olan şübhəli şəxs aşkarlanmayıb. Milli Məclisdə mütəmadi dezinfeksiya işləri də aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə