"Vanity Fair" jurnalı 2010-cu ildə ən çox qazanmış Hollivud rejissor və aktyorlarının siyahısını açıqlayıb. SİA jurnala istinadən xəbər verir ki, siyahının birinci pilləsində məşhur rejissor Ceyms Kameron qərarlaşıb. O, keçən il çəkdiyi "Avatar" filminə görə, 257 milyon dollar qazanıb.
İkinci yerin sahibi 100 milyon dollar qazanmış Conni Deppdir. Aktyor bu pulları "Alisa möcüzələr diyarında" və "Karib dənizinin quldurları: Qərb sahillərdə" filmlərindən qazanıb.
Siyahının üçüncü yerində rejissor Stiven Spilberq qərarlaşıb. Onun ötən il ərzində 80 milyon dollar qazancı olub.
Siyahının dördüncü pilləsinin sahibi rejissor Kristofer Nolandır. "Başlanğıc" filmi ona 69 milyon dollar qazanc gətirib. Ümumilikdə o, keçən il 71,5 milyon dollar qazanıb.
2010-cu ildə aktyor Leonardo Di Kaprio sərvətini 62 milyon dollar artırıb.
Rejissor Tim Berton 53 milyon dollar əldə edərək, altıncı pillədə dayanıb.
Yeddinci yerdə 50 milyon dollarla aktyor və rejissor Adam Sendler qərarlaşıb.
Səkkizinci yeri rejissor və prodüser Todd Fillips 54 milyon dollarla tutub.
"Alatoranlıq" filmində rol alan Teylor Lotner sərvətini 33,5 milyon dollar artıraraq ən çox qazanan 9-cu Hollivud ulduzudur.
İlk onluğu "Serlok Xolms" filmi sayəsində 31,5 milyon dollar qazanan Robert Daun tamamlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB