Ərəb dünyası ABŞ-ın 51-ci ştatı olsunmu?

Ərəb dünyası ABŞ-ın 51-ci ştatı olsunmu?

Səudiyyə Ərəbistanı, Qətər və digər ABŞ tərəfdarı olan ərəb ölkələrini tənqid edən məşhur jurnalist Pepe Eskador bu ölkələrin birbaşa ABŞ-ın tərkibinə qatılmasını təklif edib. Onun sözlərinə görə, ABŞ müdafiə naziri Robert Qeyts Səudiyyə Ərəbistanı kralı Abdullahla Riyadda görüşdükdən sonra AP agentliyi belə bir məlumat yayır ki, tərəflər "ərəb həngaməsini" müzakirə ediblər, daha sonra isə "siyasi islahatlar", "neft istehsalı", "İran təhlükəsi" kimi məsələlər müzakirə olunub.

ABŞ-Səudiyyə ikiliyi 2011-ci il Böyük Ərəb İnqilabına qarşı tükünü tərpətmədən qazanır. Səudiyyə krallığı Hüsnü Mübarəkin nəyin bahasına olursa-olsun kreslodan ayrılmamasını istəmişdi. Vaşinqton da eyni şəkildə. İkilik əvvəlcə rejimin "sabit" olduğunu söylədilər, daha sonra "dinc keçid" üçün Ömər Süleymanla oyun oynadılar, ən sonra isə rejimin çöküşünün qaçılmaz olduğunu görüncə istər-istəməz Təhrir meydanındakı kütlələrə qarışdılar.

Liviya ilə bağlı ortaya çıxan ABŞ-Səudiyyə razılaşması da bölgədə hansı oyunların getdiyini açıq şəkildə göstərir. Səudiyyə Ərəbistanı Ərəb Birliyinin Liviyanın uçuşlara qadağan bölgə élan edilməsi üçün dəstək verir, əvəzində isə Bəhreynlə "maraqlanmağına", yəni bu ölkəyə ordu yeritməsinə icazə alır. Səudiyyə Ərəbistanı və Qətər hal-hazırda Liviyadakı demokratiyaya keçidi dəstəkləyir. Qətər-Səudiyyə birliyi, İsrail-Səudiyyə ittifaqına güzgü tutur. Səudiyyə Ərəbistanı Yeməndə də demokratiya keçidə can atır. Barak Obama rəhbərliyi Yəmənin dövlət başçısı Əli Abdullah Salehi itlərə atmağa qərar verdi. Çünki o, öz vətəndaşlarını öldürəcək və onların dinc inqilabını boğacaq qədər qabiliyyətli deyildi. ABŞ Kəşfiyyat Təşkilatı (CIA) artıq Salehin xələfləri üçün bəhsə girməyə də başlayıb.

NATO-nun istəklərini məmnunluqla yerinə yetirən Qətər bunun əvəzində artıqlaması ilə mükafatlandırıldı. Qətərli bir diplomat Ərəb Birliyinin baş katibi Əmr Musanın yerinə keçməlidir. Əmr Musanın isə Misirin yeni prezidenti olması gözlənilir. Daha sonra nə baş verəcək? Qətərli bir NATO baş katibimi?

Bəhreyn rejimi öz insanlarına zorakılıq etməkdə uğur qazanıblar. Əgər əhalinin 70 faizini İran körfəzinə tökə bilsələr, şübhəsiz ki, sülh ilə ölkəni idarə edə bilərlər. Ölkənin yeganə müxalif qəzeti "Əl-Vasatı" bağlayıb xəlifə tərəfdarı bir redaktorla yenidən açdılar. İnsan haqqları müdafiəçiləri, jurnalistlər itkin düşdü, ya da yox edildi. İşadamları tətilə gedən işçiləri işdən qovmadıqları üçün təzyiqlərə məruz qaldılar. Demək olar ki, insanlar "facebook"da, nə də "twitter"də idilər. Qarışıq məhəllələrdə yaşayan şiə ailələr evlərindən köçürlər, çünki onları hər addımda təhlükə gözləyir. İnsanlar telefonda şifrəli şəkildə danışırlar. Barak Obama rəhbərliyi üçün isə Bəhreyn adlı bir yer yoxdur.

Qətər və Birləşmiş Ərəb Əmirlikləri NATO-nun Liviya üzərindəki uçuşa qadağan bölgə sükanında iştirak edən "könüllü koalisiyanın" kiçik bir parçasıdır. Hal-hazırda ingilislər bu iki ərəb ölkəsindən Şərqi Liviya üsyançıları öyrətmək üçün istifadə edir. Bununla da atəşkəsdən əvvəl çöl qumundan bir ovucu işğal edib əllərində tuta biləcəklər. Neft istehsalı, miqrasiya dalğaları, İsraillə əlaqələr, Türkiyənin model olaraq cazibəsi və "Əl-Qaidə" agentliyinin gələcəyi baxımından 2011-ci il Böyük Ərəb İnqilabının nəticələrinin nələr olacağını heç kim təxmin edə bilməz. Lakin görünən budur ki, Vaşinqton onunla işləməyə hazır olan diktatorlarla işləməyə hazırdır. Bir sözlə, ərəb ölkələrinin çoxunun rəsmi şəkildə olmasa da, mahiyyət etibarilə işğalına əsas yaranır. Hələ ki, hamısı yox.

Görəsən, niyə hamısı işğal edilmir? Neftlə zəngin olan 51-ci ştat ABŞ üçün çox qəşəng görünərdi. ABŞ vətəndaşları nefti vergi olaraq da yığa bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə