Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Əmir Teymur anadan olub (1336)
- Türk memarı Memar Sinan vəfat edib (1588)
- Azərbaycan Kommunist Partiyası "din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək" adı ilə "Molla Nəsrəddin" jurnalını Mübariz Allahsızlar İttifaqının orqanına çevirmək barədə qərar verib (1929)
- Fransız aktyoru Jan Pol Belmondo anadan olub (1933)
- Sovet-alman ticarət sazişi imzalanıb (1935)
- Türkiyə yerli lampa istehsalına başlayıb (1945)
- Aktyor Ceyhun Mirzəyev anadan olub (1946)
- Süveyş kanalı tullantı və palçıqdan təmizlənərək təkrarən gəmilər üçün açılıb (1957)
- Vatikan 1559-dan bəri tətbiq edilən "Qadağan olunmuş kitablar" siyahısını ləğv edib. Bu siyahıda Bruno, Balzak, Volter və Didro kimi mütəfəkkirlər də vardı (1966)
- SSRİ və İran arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb (1972)
- Türkiyədə ilk dəfə olaraq bir xəstənin qulağına qığırdaq nəql edilib (1979)
- Amerikalı aktrisa Leyton Mister anadan olub (1986)
- Sovet ordusu Tiflisdə dinc nümayişi dağıdıb. Hadisə nəticəsində 19 nəfər həlak olub, çox sayda insan basabasda xəsarət alıb (1989)
- ABŞ aktrisası Kristen Stüart anadan olub (1990)
- Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana rəsmi səfərə gəlib (2009)
- Türk iş adamları və tələbələr Bakıda nümayiş keçirib. Nümayiş iştirakçıları Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı çıxıblar (2009)

Bütün xəbərlər Facebook səhifəmizdə