Liviyada Qəddafiyə bağlı qüvvələr Misrata şəhərinin şərqinə doğru irəliləyir. Toqquşma zonasından gələn son xəbərlərə görə, daha öncə müxalifətin nəzarəti ələ almağa başladığı Misrata ilə Əcdəbiyyədən şiddətli toqquşma xəbərləri gəlir.
SİA-nın məlumatına görə, istər neft ehtiyatları, istərsə də müxalifətin qalası Binqaziyə yaxınlığı baxımından son dərəcə strateji cəbhə olan Misrata həftələrdir Qəddafiyə bağlı qüvvələr tərəfindən mühasirədə saxlanılır.
Minlərlə insanın şəhəri tərk etdiyi bildirilir. Küçələrdə isə toqquşmalar davam edir.
Türkiyənin Liviyada vasitəçilik səyləri də hələlik nəticəsiz qalır. Nə müxalifət, nə də Qəddafi hökuməti müzakirələri qəbul etmir. Liviya xarici işlər nazirinin müavini Xalid Kaim silahlı mübarizəyə əl atan, üstəlik də xarici qüvvələrdən yardım istəyən insanlarla heç bir müzakirə aparmayacaqlarını bildirib.
Müxalifətin sözçüsü Əhməd Bəni də Müammər Qəddafi istefa verməyəcəyi təqdirdə heç bir müzakirəyə getməyəcəklərini bildirib.
BBC-nin iddiasına görə, müxalif komandanlardan bəziləri Türkiyənin NATO-nun əməliyyatını yavaşlatdığını düşünürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB