Türkiyə prezidenti Abdullah Gül Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyətini Çankaya köşkündə qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin gələcəkdə də uğurla davam edəcəyi vurğulanıb.
Bundan başqa, Azərbaycan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələri Baş qərargahının rəisi, ordu generalı İşık Koşanerlə də görüşüb. Görüşlərdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB