İki nəfərlik müxalifət...

Radikal müxalifətin sıraları sürətlə seyrəlir. Prosesin qarşıalınmaz olduğu heç kimdə şübhə doğurmur. İstefaların getdikcə artması belə deməyə əsas verir ki, özlərini radikal müxalifətin önündə hesab edən AXCP və Müsavatda heç kim qalmayacaq. Daha doğrusu, iki partiyada iki şəxs qalacaq: Əli Kərimli və İsa Qəmbər.

 

Radikal müxalifətin 2 aprel aksiya cəhdindən sonra bu iki, eləcədə Azərbaycan Milli İstiqlal (AMİP), Azərbaycan Liberal (ALP) və Azərbaycan Demokrat (ADP) partiyalarının üzvləri istefa bəyanatları verməyə başlayıblar. Bu gün günorta saatlarına qədər apardığımız araşdırmalar göstərir ki, ümumilikdə bu partiyaların 1000-dən artıq üzvü istefa verib.

 

Bu gün SİA-ya daxil olan məlumata görə, Şəmkir rayonunda fəaliyyət göstərən müxalifət partiyaların üzvlüyündən daha bir neçə nəfər istefa verib. AXCP və ADP-dən olan 16 nəfərlik qrup bununla bağlı verdikləri bəyanatında qeyd ediblər ki, radikal müxalifətin 2 aprel aksiyasını pisləyir və üzv olduqları partiyalardan imtina edərək Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaq istəyirlər.

 

Daha üç nəfər isə AXCP-nin Astara rayon təşkilatından istefa verib. Vətəndaş və İnkişaf, Müasir Müsavat və Vətəndaş Həmrəyliyi partiyalarının Astara rayon təşkilatları da bəyanat verərək radikal müxalifətin hərəkətlərini pisləyiblər. Kürdəmir rayonun sakini olan 11 nəfər isə AXCP, Müsavat və Ümid partiyasından istefa verdiyini açıqlayıb. AXCP və Müsavat partiyaların 11 üzvü isə partiyaların Şəki rayon təşkilatlarından istefa verib.

Bütün xəbərlər Facebook səhifəmizdə