Radikal müxalifət partiyalarından istefalar davam edir - SON XƏBƏR

Radikal müxalifət partiyalarından istefalar davam edir - SON XƏBƏR
Bu gün ölkənin ayrı-ayrı bölgələrindən SİA-ya daxil olmuş məlumatlara görə, radikal müxalifət partiyalarının 19 şəhər və rayon təşkilatlarından daha 90 nəfər istefa verdiyini bəyan edib. Müxalifət partiyalarının üzvləri Bakı şəhərində sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdlərinə etiraz edir, keçmiş "liderlərini" xaos, anarxiya yaratmaq siyasəti yürütməkdə günahlandırırlar. 
Ümumilikdə, 5-8 apreldə  Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ALP, ADP və Xalq partiyasının sıralarını 911 nəfər tərk edib. AXCP-dən 380, Müsavatdan 290, AMİP-dən 137, KXCP-dən 44, Ümid partiyasından 41, ALP-dən 12, ADP-dən 5, Xalq partiyasından 2 nəfər istefa verdiyini bəyan edib. Bu gün radikal müxalifət partiyalarının Zərdab (24 nəfər) və Qax (11 nəfər) rayon təşkilatlarını tərk edənlərin sayı daha çox olub.  

Bütün xəbərlər Facebook səhifəmizdə