BMT və ABŞ dövlət departamenti bəyanat verdilər Rusiya-Türkiyə analaşması

BMT və ABŞ dövlət departamenti bəyanat verdilər Rusiya-Türkiyə analaşması

İdlibdə atəşkəs elan olunduqdan sonra BMT və ABŞ-ın siyasi dairələri Kremldə Rusiya və Türkiyə arasında aparılan danışıqlara münasibət bildiriblər. SİA “Rossiya 24” kanalına istinadən xəbər verir ki, əldə edilmiş razılaşma sənədinə əsasən, tərəflər martın 15-dən başlayaraq Suriyada birgə patrul xidməti aparacaqlar. M4 avtomagistralı boyunca isə təhlükəsizlik dəhlizi yaradılacaq.

BMT Putin-Ərdoğan görüşünə reaksiya verib. Belə ki, qurumun baş katibi Antoniu Quterriş Rusiya-Türkiyə razılaşmasını atəşin birdəfəlik dayanması üçün ümid olduğunu bildirib.

Danışıqların nəticələrini ABŞ da şərh edib. Amerikanın dövlət katibliyi bəyan edib ki, əldə edilmiş razılaşmanı alqışlayırlar və İdlibdəki münaqişənin tez bir zamanda deslakasiya olunacağına ümid bəsləyirlər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə