Müstəqil Dövlətlər Birliyinin xarici işlər nazirlərinin növbəti toplantısının vaxtı bəlli olub

Müstəqil Dövlətlər Birliyinin xarici işlər nazirlərinin növbəti toplantısının vaxtı bəlli olub

Müstəqil Dövlətlər Birliyinin xarici işlər nazirlərinin növbəti toplantısının vaxtı bəlli olub. SİA-nın xəbərinə görə, bunu MDB-nin fəaliyyətdə olan katibi Sergey Lebedev deyib. O, qeyd edib ki, növbəti iclas 2011-ci ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək.

 

Qeyd edək ki, iclasın gündəliyində duran əsas məsələ MDB-yə üzv olan ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı yollarının müzakirəsi olacaq.

 

Xatırladaq ki, MDB XİN Şurasının sonuncu iclası aprelin 8-də Kiyevdə keçirilib. Görüşdə MDB dövlət başçılarının iyunda Böyük Vətən Müharibəsinin başlanmasının 70-ci ildönümü ilə əlaqədar müraciətinin mətni, dekabrda MDB-nin 20 illiyi münasibətilə edəcəkləri müraciətinin mətni, MDB hava hücumundan birgə müdafiəyə dair sazişlə bağlı layihə, həmçinin Fundamental Elm sahəsində Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş layihəsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə