Azərbaycanın Türkiyədəki səfiri: “Beynəlxalq əlaqələrdə heç bir dövlətin “tündxasiyyət uşaq toxunulmazlığı” yoxdur və olmamalıdır"

Azərbaycanın Türkiyədəki səfiri: “Beynəlxalq əlaqələrdə heç bir dövlətin “tündxasiyyət uşaq toxunulmazlığı” yoxdur və olmamalıdır"

"İlk olaraq bir məqamı diqqətə çatdırmaq istəyirəm ki, Türkiyə-Azərbaycan əlaqələri hər hansı iki dövlət arasındakı əlaqələrdən çox fərqlidir. SİA-nın məlumatına görə, bu sözlər Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun "Zaman" qəzetində çap olunan məqaləsində yer alıb. Türkiyə-Azərbaycan münasibətlərinə həsr olunan məqalədə qeyd edilib ki, milli xüsusiyyətlər baxımından iki ölkə bənzər deyil, eyni milli xüsusiyyətlərə sahibdir.

Məqalədə müstəqilliyini 1991-ci ildə yenidən qazanan Azərbaycanı tanıyan ilk dövlətin Türkiyə olduğu xatırlanır. Bildirilir ki, Türkiyə və Azərbaycan arasında imzalanmış əhəmiyyətli müqavilələr, Azərbaycanın Türkiyədə, Türkiyənin də Azərbaycanda olan investisiyaları bir yaxınlıq göstəricisi kimi qəbul olunmalıdır. Bununla belə əlaqələrin səviyyəsinin lazım olandan geridə, yəni potensialdan aşağı olması qeyd edilib və vurğulanıb ki, bu vəziyyət iki ölkəni hərəkətə keçmək üçün siqnallardır: "Hər iki cəmiyyətdə də ölkələrin yaxşı tanınması olduqca böyük əhəmiyyət daşıyır. Azərbaycanı bütün dünyada olduğu kimi Türkiyədə də neft və təbii qaz ölkəsi kimi tanınır, lakin Azərbaycanın Şərqin ilk demokratik respublikası olduğunu və Şərqdə ilk operanın Azərbaycanda olduğunu çox az insan bilir. Başqa bir nümunə: Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki əhalinin əksəriyyətinin Azərbaycan vətəndaşı olan ermənilərdən ibarət olduğu məlumdur, lakin oradan Azərbaycan türklərinin yaxın tarixdə şüurlu bir şəkildə deportasiya edilərək oraya ermənilərin yerləşməsinin təmin edildiyini çox az insan bilir. Eyni siyasətin indi Ermənistan torpağı hesab edilən Zəngəzur bölgəsində yaşayan Azərbaycan türklərinə tətbiq olunduğunu görəsən, hər kəs bilirmi?"

Bugünkü beynəlxalq sistemin təməlinin atıldığı XX əsrin əsrin əvvəllərində bölgədə Azərbaycan-Türkiyə təbii yaxınlığının müşahidə edildiyini yazan səfir qeyd edib ki, bu əməkdaşlıqda Gürcüstan da iştirak edir: "Yəni bu gün regional ölçüdə böyük layihələr Türkiyə, Azərbaycan və Gürcüstan arasında sıx əməkdaşlığın nəticəsi olaraq meydana çıxıb. Bu möhkəm əməkdaşlığın kökü əslində bu üç ölkə xalqlarının XX əsrin əvvəllərindəki əməkdaşlığa söykənir. Ermənistan o zaman da bölgədə mənfi rolda idi, indi də belədir. O zaman da "Böyük Ermənistan" xəyalları ilə yaşayırdılar, indi də. O zaman da bölgədəki qeyri-sabitliyin mənbəyi idi, indi də. Yəni Ermənistanda bir dəyişiklik yoxdur və bu dəyişikliyi gözləmək çox mənasızdır. Ermənistan bir dövlət olaraq öz siyasətini nəzərdən keçirərək doğruları qəbul etmək səviyyəsinə hələ çatmayıb. Beynəlxalq əlaqələrdə heç bir dövlətin "tündxasiyyət uşaq toxunulmazlığı" yoxdur və olmamalıdır. Bunun bu şəkildə qəbul edilməsi beynəlxalq ədalətin təmin edilməsinə böyük fayda verə bilər".

"Türkiyə-Azərbaycan əlaqələri bizi "biz" edən dəyərlər üzərinə qurulub" deyən F.Bağırov sonda vurğulayıb: "Bu dəyərlərin qiymətini yaxşı bilməli, gözümüz kimi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq. Unutmayaq, Türkiyə Azərbaycana, Azərbaycan da Türkiyəyə çox lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə