"Ərdoğan və Putin arasında Dağlıq Qarabağla bağlı razılaşma var" ÖZƏL - AÇIQLAMA
"Rusiya və Türkiyə arasında Suriyanın İdlib şəhərində yaranmış vəziyyət ilə əlaqədar çox gərgin və əsəb tələb edən müzakirələr gedir". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya rəhbəri Putin arasında keçən danışıqlarda Dağlıq Qarabağ məsələsinin müzakirə olunma ehtimalını şərh edərkən deyib.
O bildirib ki, danışıqlarda Dağlıq Qarabağ məsələsinin gündəmə gəlməsi ilə bağlı iddialar erməni xofundan irəli gəlir: "Bütün bu iddialar əslində erməni xofundan irəli gələn məsələlərdir. Erməni həmişə xoflu olub, xüsusilə də Azərbaycan və Türkiyənin adı gələndə. Hazırda isə Ərdoğan və Putin çətin ki, vaxt tapıb Dağlıq Qarabağ məsələsini müzakirə edə bilsinlər. Çünki onların ikisinin arasındakı danışıqlar İdlibdə yaranmış vəziyyət ilə əlaqədar çox vaxt və gərginlik tələb edəcək".
Politoloq vurğulayıb ki, Ərdoğanla Putin arasında Dağlıq Qarabağla bağlı razılaşma mövuddur: "Ərdoğanla Putin arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı razılaşma var. Ərdoğan 2014-cü ildə Sankt-Peterburqda bəyan etdi ki, Putinlə onun arasında Dağlıq Qarabağla bağlı razılaşma var. Ərdoğan o vaxt Putinlə arasında olan Dağlıq Qarabağ məsələsi üzrə razılaşmanın reallaşmasına nail olsa idi, hazırda Suriyada da öz mövqeyini irəlilətmişdi, hətta Liviyada da mövqeyi xeyli möhkəmlənmişdi. Dağlıq Qarabağ məsələsindən geri çəkilməsi Putinin qarşısında Ərdoğan üçün birinci kreslodur. Gərək, Ərdoğan bu məsələdə geri çəkilməzdi. İstənilən halda hazırki danışıqlarda Ərdoğan və Putin yalnız Suriyadakı vəziyyəti müzakirə edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB