Elman Nəsirli: “Ermənilərin məqsədi Türkiyə ilə İran arasındakı münasibətlə xələl gətirməkdir” - MÖVQE

Elman Nəsirli: “Ermənilərin məqsədi Türkiyə ilə İran arasındakı münasibətlə xələl gətirməkdir” - MÖVQE

İran 24 apreldə - "erməni soyqırımı" günündə erməni rejissor tərəfindən çəkilən "Soyqırım" filminin nümayişinə icazə verib. Filmin rejissoru Tiqran Hızmalyan filmin fars dilinə çevrildiyini söyləyib. O, 24 aprel tarixində filmin nümayişinə çoxlu sayda iranlı millət vəkilinin də qatılacağını deyib. Rejissor filmin daha sonra İran televiziyasında da yayımlanacağını qeyd edib. Belə görünür ki, Ermənistan Türkiyənin ən yaxın bildiyi müttəfiqlərindən də ona qarşı istifadə etməyə çalışır.

 

SİA-ya açıqlamasında politoloq Elman Nəsirli bildirib ki, hər il qondarma erməni soyqırımı günü yaxınlaşdıqca erməniləri fəaliyyəti, eyni zamanda sayıqlamaları artır. Qondarma erməni soyqırımının tanınması prosesinə erməni diasporanın bir çox ölkələri cəlb etdiyini deyən siyasi ekspert sözügedən qüvvənin "erməni soyqırımı"nın 100 illiyinə hazırlaşdığını bildirib: "Erməni diasporunun qəbul etdiyi strategiyaya görə, 2015-ci ildə qondarma soyqırımının 100 illik yubileyi keçiriləcək. Erməni diasporu bu prosesə o dövlətləri də cəlb edəcək ki, həmin dövlətlərin Türkiyə ilə yaxın münasibətləri var. Bu dəfə isə erməni tərəfi Türkiyə ilə İran arasındakı münasibətlərinə xələl gətirmək məqsədini güdürlər. İran da ermənilərin bu planlarına loyallıq göstərərsə, onların həyata keçirilməsinə şərait yaradarsa Türkiyə-İran münasibətlərində böyük çatlar əmələ gələr. Belə bir filmin İranda nümayiş olunması Türkiyə tərəfində İranla münasibətlərə yenidən baxmaq zərurəti yarada bilər. İran beynəlxalq təzyiqlər altında olan dövlətdir, ölkə çox ciddi sanksiyalarla üzləşib. Belə olan halda Türkiyə İranı müdafiə edir və hesab edir ki, İranın nüvə proqramının dinc xarakterli olmasını sübut etmək lazımdır. Türkiyənin davranışı daha çox İranın müdafiəsinə köklənib".

 

Qondarma erməni soyqırımının ildönümü ilə bağlı erməni diasporanın keçən il daha yaxşı hazırlaşmasına gəlincə, E.Nəsirli bunu Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinin keçən il daha aktual olması ilə izah edib: "Türkiyəyə qondarma erməni soyqırımı adı altında beynəlxalq təzyiqlərin məqsədi o idi ki, sərhədlər açılsın və Türkiyə Azərbaycanı müdafiə etməsin. Amma Türkiyənin qətiyyyətli mövqeyini, Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz olduğunu bir daha görəndən sonra Ermənistanda sərhdələrin açılması məsələsində əvvəlki ümidlər yoxdur. Amma erməni xislətini tanımaq lazımdır. Zahiri geri çəkilmə aldadıcı ola bilər. İstisna deyil ki, qarşıdakı illərdə bu proses daha intensiv olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə